FEYDT, V e y d t (Veidt) Konrad (22.1. 1893, Berlin - 3.4.1943, Los-Anceles) - alman kinoaktyoru. M.Reynhardtın Berlin alman teatrında işləmişdir. 1917 ildən kinoya (“Banqalorenin sirri”, rej. P.Leni) çəkilmişdir. Alman ekspressionist filmlərində maraqlı obrazlar yaratmışdır: Somnambul Çezare “Doktor Kaliqarinin kabineti”, 1920), Pianoçu (“Orlakın əlləri”. 1924, hər ikisinin rej.-u P.Vine), İvan Qroznı (“Mum fiqurlar kabineti”, 1925, rej. P. Leni) və s. “İblis”, “Yanusun başı”, “Gecəyə yol” (hamısı 1920, rej. F.V.Murnau), “Kristian Vanşaffe” (1921), “Paqanini” (1923), “Praqalı tələbə” (1926, rej. H.Qallen), “Konqres rəqs edir” (1931, rej. E.Çarell) filmlərində çəkilmişdir. 1933 ildə Almaniyanı tərk etmiş, B.Britaniya və ABŞ-da çalışmışdır. Çəkildiyi digər filml ər: “Qırmızı mantiya altında” (1936), “Bağdad oğrusu” (1940), “Qadının həyatındakı kişilər” (1941), “Kasablanka” (1943) və s.