FÉYER (Fejèr) Lipot (9.12.1889, Peç – 15.10.1959, Budapeşt) – macar riyaziyyatçısı, Macar EA-nın akad. (1930). Budapeşt Un-tini bitirdikdәn sonra (1902) orada işlәmişdir (1903–1905). 1905–11 illәrdә Kolojvar Un-tinin, 1911 ildәn Budapeşt Un-tinin prof.-u. Əsas elmi işlәri funksiyalar nәzәriyyәsinә: Furye sıralarının yığılması vә cәmlәnmәsi, interpolyasiya nәzәriyyәsi sahәsindәdir. Triqonometrik sıralar nәzәriyyәsindә Feyer toplama üsulu, Feyer polinomları, Feyer cәmlәri istifadә olunur. F.Risslә eyni zamanda konform inikas nәzәriyyәsinin fundamental teoremini isbat etmişdir. Konstruktiv funksiyalar nәzәriyyәsindә çox mühüm nәticәlәr almışdır.