FEYERBAX (F e u e r b a c h) Anselm (12.9.1829, Şpayer - 4.1.1880, Venesiya) - alman boyakarı. Filosof L.Feyerbaxın qardaşı oğludur. Düsseldorf (1845-48) və Münxen (1848-49) rəssamlıq akademiyalarında təhsil almışdır. 1851-54 illərdə Parisdə T.Kutürün emalatxanasında çalışmış, 1856-73 illərdə Romada yaşayıb yaratmışdır. F.-ın üslubu G.Kurbe və P.P.Rubensin, həmçinin antik, xüsusilə qədim yunan abidəl ərinin. 16 əsr italyan sənətkarlarının yaradıcılığının təsiri altında formalaşmışdır. Klassisizmlə romantizmi birləşdirən F. Renessans incəsənətinin monumentallığını canlandırmağa səy göstərmişdir. Antik mifologiya (“Platonun simpoziumu”, Kunsthalle, Karlsrue; “Medeya”, Yeni pinakoteka, Münxen) və İtaliya İntibahı (“Pyetro Aretinonun ölümü”, 1854, Rəssamlıq Muzeyi, Bazel; “Paolo və Françeska”, 1864, Şak kolleksiyası, Münxen) süjetləri əsasında irihəcmli kompozisiyalar, Renessans ruhunda portretlər (“Nanna”, 1861, Almaniya Milli Muzeyi, Nürnberq) yaratmışdır. Vyana Rəssamlıq Akademiyasının prof.-u (1873-76), olmuşdur.
A.Feyerbax. “Medeya”. 1870.