Azərbaycan Milli Ensiklopediyası
IX CİLD (FEDİNQ - EMİN)
    FÉYERBAX Lüdviq

    FÉYERBAX (Feuerbach) Lüdviq Andreas (28.7.1804, Bavariya, Landshut – 13.9. 1872, Nürnberq yaxınlığında Rexenberq) – alman filosofu. Hüquqşünas A.Feyerbaxın oğludur. 1823 ildә Heydelberq Un-tinin teologiya fakültәsinә daxil olmuş, bir ildәn sonra oranın ehkamçı ortodoksluğundan narazı qalaraq Berlinә köçmüşdür. F.-ın fәlsәfi görüşlәri 1824 –26 illәrdә dinlәdiyi G.V.F.Hegel mühazirәlәrinin tәsiri altında formalaşmışdır. Berlin Un-tini bitirdikdәn sonra 1828 ildә Erlangen Un-tindә Hegel idealizmi ruhunda yazılmış “Vahid, ümumi vә sonsuz şüur haqqında” (“De ratione una, universali, infinita”) dissertasiyasını müdafiә etmişdir. Hәmin un-tin privat-dosenti kimi 1829 ildәn “Hegel fәlsәfәsi” vә yeni fәlsәfә tarixindәn mühazirәlәr oxumuşdur. 1830 ildә ruhun ölmәzliyi ideyasını inkar edәn “Ölüm vә ölümsüzlük haqqında düşüncәlәr” (“Gedanken über Tod und Unsterblichkeit”) әsәrini anonim nәşr etdirmiş, lakin müәllifliyi müәyyәn olunduqdan sonra un-tdәn kәnarlaşdırılmışdır. 1836 –59 illәrdә daim Brukberq k.-ndә yaşamış (arvadı oradakı kiçik çini fabrikinin hәmsahibi idi), fәlsәfi әsәrlәrinin nәşri ilә mәşğul olmuşdur: “Hegel fәlsәfәsinin tәnqidinә dair” (1839), müasirlәrinә çox güclü tәsir göstәrmiş “Xristianlığın mahiyyәti” (“Das Wesen des Christenthums”, 1841), “Fәlsәfәnin islahatına dair ilkin tezislәr” (“Vorläufige Thesen zur Re- form der Philosophie”, 1842), “Gәlәcәyin fәlsәfәsinin әsas müddәaları” (“Grundsätze der Philosophie der Zukunft”, 1843). Almaniyada 1848– 49 illәr inqilabı dövründә F.Heydelberq ratuşasında “Dinin mahiyyәti haqqında mühazirәlәr”ini (“Vorlesungen über das Wesen der Religion”, 1851) oxumuşdur. 1859 ildә arvadının fabriki müflislәşdikdәn sonra F.Rexenberqә köçmüş, ömrünün son illәrini orada ehtiyac içindә keçirmişdir.

    Hegelin ilk dövrlәrdә F.-a tәsiri onun tәdricәn “rasional teologiya” kimi Hegel idealizmindәn (sol hegelçiliyin ümumi tәkamülü mәcrasında) uzaqlaşması vә tәcrübi tәbiyyatşünaslığa әsaslanan yeni Avropa düşüncәsinin inkişafının yekunu kimi tәqdim etdiyi antropoloji materializmin әsaslandırılması ilә әvәzlәndi. F. üçün әsas mәsәlә insanın “soy tәbiәti”nin ifadәsi kimi nәzәrdәn keçirilәn dinin antropoloji mәzmununu açmaq idi. F. dini illüziyaların ilkin mәnbәyini insanın onun iradәsinә tabe olmayan stixiya vә qüvvәlәrlә münasibәtdә asılılıq, mәhdudluq, gücsüzlük hissi keçirmәsindә görürdü. Gücsüzlük fantaziyanın doğurduğu ümid vә tәskinlikdә özünә çıxış yolu tapır vә bununla da insan ümidlәrinin hәyatakeçmә mәnbәyi kimi allah obrazları yaranır. F.-a görә, allah insan ruhunun proyeksiyası olub ondan kәnarlaşdırılır, obyektivlәşdirirlir; insanlar ona yalnız müstәqil mövcudiyyәt vermәklә kifayәtlәnmәyib, onu insanın yaratdığı varlıqdan insanı yaradan varlığa, bütün mövcudiyyәtin ilkin sәbәbinә çevirirlәr. Dinin mәnbәyi insanın “ürәyi”, onun hiss vә hәyәcanlarının daxili alәmidir (Gemüt). “Teologiyanın sirri antropologiyadadır” vә xristian ilahiyyatşünaslığının “Allah sevgidir” tezisi o demәkdir ki, sevgi insan üçün “ali, mütlәq qüvvә vә hәqiqәt”, bәşәri birgәyaşayışın әsasıdır. “Yeni fәlsәfә insanı, o cümlәdәn insanın bazisi kimi onun tәbiәtini fәlsәfәnin yeganә universal vә ali predmetinә çevirir”, insana ilk növbәdә hissiyyatlı, sevәn vә әzab çәkәn, xoşbәxtliyә can atan, heyvandan yalnız ağlı ilә deyil, hәm dә bütün qeyri-spesifik, universal sәciyyә daşıyan hisslәri ilә fәrqlәnәn bütöv varlıq kimi yanaşır. İnsanın mahiyyәti yalnız digәr insanlarla ünsiyyәtdә, “Mәn vә Sәn arasındakı dialoqda” açılır. Mәn vә Sәn arasındakı qarşılıqlı münasibәtdә insana әzәldәn xas olan xoşbәxtliyә canatma (F.-ın evdemonist etikasının әsası) bir-birinin xoşbәxtliyinә ikitәrәfli, qarşılıqlı canatmaya çevrilir (F.-ın 1860-cı illәrә aid әsәrlәrindә inkişaf etdirilәn ağıllı eqoizm nәzәriyyәsinin özünәmәxsus variantı).

    F.-ın antropoloji konsepsiyası K.Marks vә F.Engelsin dünyagörüşünә güclü tәsir göstәrmiş, Q.Keller, 1850 ildә ona “Gәlәcәyin bәdii әsәri”ni hәsr etmiş R.Vaqner, Rusiyada A.İ.Gertsen, P.L.Lavrov vә xüsusilә N.Q.Çernışevski F.-dan bәhrәlәnmişlәr. Bir sıra mәqamlarda F. son dövr ekzistensializminin (Mәn vә Sәn münasibәti vә s.) vә K.Bartın dialektik teologiyasının ideyalarını qabaqlamışdır.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
FEDİNQ – EMİN