FÉYNBERQ Yevgeni Lvoviç [14(27). 6.1912, Bakı – 10.12.2005, Moskva] – rus nәzәrriyәçi-fiziki, REA-nın akad. (1997). SSRİ Dövlәt mükafatı laureatı (1983). MDU-nu bitirmişdir (1935). REA-nın Fizika İn-tunun nәzәri şöbәsindә işlәmişdir. Qorki Dövlәt Un-tinin (1944–46), Moskva Mühәndis-Fizika İn-tunun (1946–54) prof.-u. olmuşdur. Elmi işlәri radiodalğaların yayılması, akustika, atom nüvәsi, elementar zәrrәciklәr, kosmik şüalar fizikası sahәsindәdir. İlk dәfә (1941) mezonların nüvә ilә qarşılıqlı tәsiri zamanı qeyri-elastik koherent proseslәrin mövcud olmasını qeyd etmişdir. Güclü sәs fonunda siqnalın qәbulu zamanı maneә dayanıqlığının statistik korrelyasiya nәzәriyyәsini qurmuşdur (1943). İ.Y.Pomerançuk ilә birgә zәrrәciklәrin difraksiya generasiyası hadisәsini (1953) vә başqalarından asılı olmadan deytronun difraksiya dissosiyasıyası prosesini qabaqcadan söylәmişdir (1954). Neytronların yavaşıdılması prosesindә monoxromatiklәşmә hadisәsini nәzәri kәşf etmiş vә başqaları ilә birgә yavaşıdılma müddәtinә әsasәn neytron spektrometriyası üsulunu tәklif etmişdir (1955). Periferik toqquşma zamanı külli miqdarda adronların әmәlә gәlmәsini, kosmik şüaların variasiya mexanizmini tәdqiq etmişdir. REA-nın L.İ.Mandelştam ad. mükafatına (1951), REA-nın İ.Y.Pomerançuk ad. mükafatına (2000) layiq görülmüşdür. S.İ.Vavilov ad. Qızıl medalla (1988) tәltif edilmişdir.