FEYSƏL ibn Əbdәlәziz әs-Sәud (27.11.1906, Ər-Riyad – 25.3.1975, Ər-Riyad) – Sәudilәr sülalәsindәn Sәudiyyә Ərәbistanının üçüncü kralı [1964–75]. Sәudilәr sülalәsinin banisi Əbdәl Əziz ibn Sәudun oğlu. 1930–60 illәrdә xarici işlәr naziri, 1953–60 vә 1962–64 illәrdә baş nazir olmuşdur. F.-in hakimiyyәti illәrindә Sәudiyyә Ərәbistanında neft hasilatı xeyli artmışdı: 1966 ildә krallıqda 119,5 mln. t neft, 1973 ildә isә 375,5 mln. t neft çıxarılmışdı. Bu amil ölkәni dünyanın әn iri neft ixracatçısına çevirmişdi. Monarxiyanı möhkәmlәndirmәk mәqsәdilә F. bir sıra islahat (quldarlığın lәğvi; iqtisadiyyatın inkişafı üçün dekretlәrin qәbulu vә s.) keçirmişdir.
Altıgünlük әrәb-İsrail müharibәsi (1967) zamanı Misiri vә Suriyanı müdafiә etmişdir. Yәmәnin müstәqilliyini (1970) tanımışdır. MƏR prezidenti C.Ə.Nasirin ölümündәn (1970) sonra F. әrәb dünyasında liderlik uğrunda fәaliyyәtә başlamışdı. Müsәlman ölkәlәri ilә yanaşı, Latın Amerikası ölkәlәrinә vә Cәnubi Koreyaya maliyyә yardımı göstәrmişdir. Omanla diplomatik münasibәtlәr (1971) qurmuşdur. Ərәb ölkәlәrinin İsrailә qarşı müharibәsi (1973) gedişindә İsraili dәstәklәmiş ölkәlәrә neftin ixrac olunmasına embarqo qoymaq tәşәbbüsü ilә çıxış etmiş, hәtta gözlәnilmәdәn dünya bazarında neftin qiymәtini (1974) 4 dәfә artırmışdır. F. ölkә daxilindә islahatları ehtiyatla hәyata keçirmişdir: televiziya vә radioyayımını, sәhiyyә, tәhsil vә sosial xidmәt sahәlәrini inkişaf etdirmiş, gәnclәrin xaricdә oxumasına vә eyni zamanda, Sәudiyyә Ərәbistanının un-tlәrinә müsәlman ölkәlәrindәn tәlәbәlәr cәlb olunmasına çalışmışdır. F. sui-qәsd nәticәsindә şahzadә Xalid ibn Musaid tәrәfindәn öldürülmüşdür.