FEYSƏL ibn Türki (1865, Oman, Mәsqәt ş. – 1913, orada) – Sәidilәr sülalәsindәn Mәsqәt vә Oman sultanı [1888–1913]. Türki ibn Sәidin oğludur. F.-in hakimiyyәti illәrindә Fransa ilә İngiltәrә arasında Mәsqәtdә ağalıq uğrunda mübarizә gedirdi. Bu mübarizәdәn qalib çıxan ingilislәr 1891 ildә Omanı B.Britaniyanın protektoratı elan etdilәr. 1895 ildә F. ingilis qoşunlarının kömәyilә ona qarşı baş verәn üsyanı yatırdı. 1899 ildә F.-in müstәqillik әldә etmәk cәhdi Britaniya hәrbi gәmilәri tәrәfindәn Mәsqәt ş.-nin atәşә tutulması ilә nәticәlәndi. Bundan sonra F. tәslim oldu. 1903 ildә F.-in istefaya çıxmaq xahişi qәbul olunmadı. Hәmin il Mәsqәtә sәfәr edәn Hindistanın vitse-kralı C.N. Kerzon F.-i Britaniyanın “Qrand Cross” medalı ilә tәltif etdi. F.-in ölümündәn sonra hakimiyyәtә oğlu Teymur gәldi.