Azərbaycan Milli Ensiklopediyası
IX CİLD (FEDİNQ - EMİN)
    FEYSƏL I

    FEYSƏL I (20.5.1883, Sәudiyyә Ərәbistanı, Ət-Taif – 8.9.1933, İsveçrә, Bern) – әrәb siyasi vә dövlәt xadimi. Haşimilәr sülalәsindәn Suriyanın [1920] vә İraqın [1921–33] kralı. Mәkkә şәrifi Hüseyn ibn Əlinin oğludur. B.Britaniyanın müttәfiqi olan I F. gen. Allenbinin komandanlığı ilә ekspedisiya korpusunun tәrkibindә türklәrә qarşı döyüşәn әrәb hәrbi hissәlәrinә başçılıq etmişdir. Ərәb ordusunun baş komandanı, İraq ordusunun feldmarşalı vә donanmasının admiralı idi. Şәrqi Suriya vә Transiordaniyanı türklәrdәn azad etmiş (1918 ilin payızında), Suriyada әrәb administrasiyasının başçısı (1918–20) olmuşdur. 1920 ilin martında Suriya milli konqresindә Suriyanın kralı seçilmişdir. Paris sülh konfransında (1919–20) Fransanın Suriya-Livan regionunda möhkәmlәnmәk iddiasına qarşı çıxmışdır. 1920 ilin iyulunda fransız qoşunlarının Şәrqi Suriyaya müdaxilәsi zamanı onlara müqavimәt göstәrmәmәsi vә paytaxt Dәmәşqi döyüşsüz tәslim etmәsi sәbәbindәn ölkәdәn çıxarılan I F. Londona qaçmışdır. 1921 ilin martında İraq taxtına namizәdliyini irәli sürmüşdür. B.Britaniyanın mandatlı әrazisi olan İraqda müstәmlәkә idarәsinin dәstәyi ilә I F. müvәqqәti milli hökumәt tәrәfindәn kral, İraq isә mandatlı krallıq elan olunmuşdur. 1924 ildә İraqın konstitusiyası qәbul edilmişdir. Feodal mülkәdar dairәlәrinә vә ingilispәrәst qruplaşmaların liderlәrinә arxalanan I F. mühafizәkar siyasәt yürütsә dә, krallığın müstәqilliyi naminә sәy göstәrmişdir. Yeni dövlәtin baza institutlarının yaradılması yönündә islahatlar kursunun hәyata keçirilmәsi B.Britaniyanı İraqa müstәqillik vermәk tәklifini irәli sürmәyә sövq etdi. 1932 ildә ingilis mandatının lәğvindәn sonra İraq rәsmәn müstәqil dövlәt elan olundu vә Millәtlәr Cәmiyyәtinә üzv qәbul edildi. İsveçrәdә qәflәtәn vәfat etmiş I F. Bağdadda kral mәqbәrәsindә dәfn olunmuşdur.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
FEDİNQ – EMİN