FEYSƏLABAD – Pakistanın şm-ş.-indә, Pәncab әyalәtindә şәhәr. Əh. tәqr. 3,4 mln. (2015; әhalisinin sayına görә Kәraçi vә Laxordan sonra ölkәnin üçüncü şәhәri). Çinab vә Ravi çaylarının arasında yerlәşir. Avtomobil vә d.y.-ları onu Laxor, Multan vә digәr şәhәrlәrlә birlәşdirir. Beynәlxalq aeroport.
Feysәlabad. Saat qüllәsi.
Əsası 1890-cı illәrdә qoyulmuşdur. 1895 ildә Pәncabın qubernatoru C.Layallın şәrәfinә Layalpur adlandırılmışdır. 1904 il- dәn Layalpur dairәsinin inzibati mәrkәzi olmuşdur (1977 ildәn dairә F. adlanır). 1947 ildә Britaniya Hindistanının bölüşdürülmәsindәn sonra Layalpur Pakistanın yeni hökumәtinin yurisdiksiyasına keçmişdir. 1977 ildә Sәudiyyә Ərәbistanı kralı Feysәlin şәrәfinә F. adlandırılmışdır. 2011 il martın 3-dә F.-da insan tәlәfatına sәbәb olmuş terror aktıtörәdilmişdir.
Şəhər müntəzəm plan (1896, mühəndis P.Yanq) əsasında tikilmişdir; mərkəzində saat qülləsi (1903-06) yerləşən və ətrafında 8 bazar olan yolayrıcından 8 magistral küçə ayrılır. Dəmiryol vağzalı, Qumti fəvvarəsi, Qeysəri darvazası, şəhərin əsasını qoymuş C.Layallın heykəli müstəmləkə dövrü tikililərindəndir; F.-da həmçinin çox sayda məscid, buddist monastırları, hinduist məbədləri, katolik kilsəsi (1965-69), “Serena” (1987, memar R.Xosla və b.) hoteli, Şəhər incəsənət şurasının binası (N.F.Əli Xan ad. auditoriya, 2006, memar N.Əli Dədə) var.
К. t. (1962), к. t. və biologiya (1972), Pəncabın meşə təsərrüfatı elmi tədqiqat in-tları; к. t. (1906), milli toxuculuqvə s. un-tlər; Layalpur (2011), müasir incəsənət və s. muzeylər; Əllamə-İqbal ad. və Bələdiyyə kütləvi kitabxanaları; Hokkey (36 min yer) və М. İqbal ad. kriket (25 min yer) stadionları var.
Feysәlabad. Layalpur müasir incәsәnәt muzeyi.
F. Pakistanın üçüncü (Kәraçi vә Lahordan sonra, milli ÜDM-in tәqr. 20%-i, 2011) mühüm sәnaye mәrkәzidir. Əsas sahәlәri: yüngül, tamlı mәhsullar vә kimya sәnayesidir. Yüngül sәnaye pambıq iplik vә parça (pambıq parça mәmulatlarının milli ixracatı dәyәrinin tәqr. 2/3-sini şәhәr müәssisәlәri tәmin edir), hazır geyim, corab mәmulatları istehsalı üzrә ixtisaslaşmışdır. Tamlı mәhsullar sәnayesi müәssisәlәrindә süd mәhsulları (o cümlәdәn әridilmiş yağ), meyvә-tәrәvәz konservlәri, un, şәkәr, içki, qәnnadı mәmulatları istehsal edilir, çәltik tәmizlәnir. Kimya sәnayesi mineral gübrәlәr, sintetik liflәr, boyaqlar, әczaçılıq preparatları, rezin-texniki mәmulatlar vә yuyucu vasitәlәrin istehsalı ilә tәmsil olunmuşdur. Sabunbişirmә inkişaf etmişdir. Digәr sahәlәr: maşınqayırma (iri d.y. emalatxanaları, toxuculuq sәnayesi üçün avadanlıq vә k.t. texnikasının istehsalı), sellüloz-kağız vә poliqrafiya sәnayesi. Kustar sәnәtkarlıq (xalçaçılıq, krujevatoxuma vә s.) var. F. iri nәql.-logistika vә ticarәt mәrkәzidir; ölkәnin şm.-ş.-indә yerlәşәn mühüm k.t. (dәnli bitkilәr, pambıq, şәkәr qamışı, meyvә) rayonuna xidmәt edir. İES fәaliyyәt göstәrir. F.-dan Kәraçi–Laxor neft mәhsulları kәmәri keçir.