Azərbaycan Milli Ensiklopediyası
IX CİLD (FEDİNQ - EMİN)
    FEYZ 

    FEYZ (әr.الفىض – suyun daşması, axın; bәrәkәt, bolluq) – 1) islam fәlsәfәsindә Kainatın yaradılışını izah edәn nәzәriyyә. Bax Südur nәzәriyyәsi, Farabi. 2) Alәmlәrә ilahi bәrәkәt vә mәrhәmәtin mütәmadi axınını ifadә edәn tәsәvvüf termini. “F.” anlayışını ilk dәfә yaranış vә varolma proseslәrinin şәrhi üçün İbn Ərәbi istifadә etmişdir. O göstәrirdi ki, qeyri-maddi vә hüdudsuz bulud (“әma”) şәklindә tәsәvvür olunan ali varlıqdan tozabәnzәr ilkin substansiya (“hәba”) yaranmışdır. “Hәba” Kainatın ideal arxetiplәrini (ilahi adlar vә atributları) daşıyan F. sayәsindә müxtәlif davamlı formalara düşür. Kainat Allahın davamlı tәzahürlәrindәn (“tәcәlli”) vә mövcudluq potensiyasının reallaşmış şәkillәrindәn (“zühur”) ibarәtdir. Ən müqәddәs F. (“әl-feyzül-әqdәs”) vә müqәddәs F.-lәr (“әl-feyzül-müqәddәs) fәrqlәndirilir. Ən müqәddәs F. Allahın әn uca sәviyyәdә baş verәn vә şeylәrin meydana gәlmәsini şәrtlәndirәn tәcәllisi, yaxud “Öz”ünә sevgisinin tәzahürüdür. Müqәddәs F.-lәr ilahi adların aşağı sәviyyәdә baş verәn vә ilkin F.-in nәticәsi olan sabit ideyaların xarici alәmdә reallaşmasını şәrtlәndirәn tәcәllisidir. Şeylәr F.-in sayәsindә daim mövcuddur. F. yaradılış iyerarxiyasında “ilk ağıl” adlandırılan Mәhәmmәd hәqiqәti vasitәsilә övliyalara, onlardan isә bütün mövcudata paylanır.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
FEDİNQ – EMİN