Azərbaycan Milli Ensiklopediyası
IX CİLD (FEDİNQ - EMİN)
    FEYZ KAŞANİ

    FEYZ KAŞANİ (فيض كاشاني), Molla Mühsin Mәhәmmәd ibn Şah Mürtәza Kaşani (1598/9, İran, Kaşan – 1679, orada) – İran alimi. İlk vaxtlar atasından, daha sonra İsfahana gedәrәk Bәhaәddin Amoli, Mir Damad vә b.-dan dәrs almışdır. Şәxsiyyәtinin formalaşmasında 8 il müridlik etdiyi Molla Sәdra mühüm rol oynamış, ona “Feyz” tәxәllüsünü vermişdir. II Şah Abbasın dövlәti şәriәt tәmәli üzәrindә möhkәmlәndirmә fәaliyyәtindә mühüm rol oynamış, beş әsәrini ona ithaf etmişdir. Bunlardan әn әhәmiyyәtlisi hakimiyyәtin dini vә fәlsәfi mahiyyәtinә dair farsca yazdığı “Ayineyi-şahi” (“Şahlıq güzgüsü”) risalәsidir. Eyni mövzuda daha geniş “Ziyaül-qәlb” (“Qәlbin ziyası”) әsәrini dә yazmışdır.

    Daha çox İbn Ərәbidәn, hәmçinin Qәzzalidәn bәhrәlәnmiş F.K. sonuncunun “Əl-Münqiz minәz-zәlal” әsәrinin tәsirilә “Əl-İnsaf fi bәyanilhәqq vәl-itisaf” (“Haqqın vә zülmün bәyanında qәrәzsizlik”) avtobioqrafik әsәrini yazmışdır. “Zadüs-salik” (“Yol gedәnin azuqәsi”) әsәrindә ruhi- mәnәvi tәkamül yolunun (süluk) mәqam vә mәrtәbәlәrini formulә etmişdir. Ömrünün sonuna yaxın dörd mötәbәr hәdis mәcmuәsini “Əl-Vafi” (“Müfәssәl olan”) adı altında toplamışdır (bax hәmçinin Cәfәriyyә). Fiqhә dair әn mühüm әsәrlәri “Mutәsәmüş-şiә fi әhkamiş-şәriә” (“Şәriәt hökmlәrindә şiәlәrin dayağı”) vә “Mәfatihuş-şәrayi”dir (“Şәriәt hökmlәrinin açarları”). Onun 6000 beytlik şeir divanı, fәl- sәfә, tәsәvvüf, kәlam, әxlaq, hәdis, tәfsir mövzularına dair 100-dәn çox әsәri var. Mәrsiyә, qәsidә, rübai vә qәzәllәrindәn ibarәt “Gülzari-Qüds” risalәsi, elәcә dә divanı  dәfәlәrlә nәşr edilmişdir. Ən mәşhur tәlәbәlәri Nemәtullah Cәzayiri, Mәhәmmәd Sәid Qumi, oğlu Mәhәmmәd Əlәmülhüda olmuşlar.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
FEDİNQ – EMİN