FEYZİ (təxəllüsü; əsl soyadı Fayzullin) Mirheydər Mustafoviç (31.10.1891, Orenburq qub.-nın Orsk qəzası, Kükşel к. - 9.7.1928, Başq. MSSR, Baymaq) - tatar dramaturqu. “Şeirlərim” adlı ilk kitabı 1912 ildə nəşr olunmuşdur. “İki Həsən” (1909), “Cavanlar aldanmazlar” (1911, tamaşası 1913) komediyalarının, “Zavallı qız”, (1913), “Saqadatbanu”, “Qaliyəbanu” (1916, tamaşası 1917), “Ural çayında” (1917-18, nəşri 1919), “Ağ qalpaq” (1922-23), “Qızıl ulduz” (1921-23) dramının müəllifidir. Folklor nümunələrini toplamış və tədqiq etmişdir.
Ə s ə r i: Dramı. M., 1961.