FEYZİYEV Hәsәn Qulu oğlu (d.10.9.1936, Cәlilabad r-nunun Tahirli k.) – istilik energetikası sahәsindә Azәrb. alimi, texnika e. d. (1981), prof. (1982), әmәkdar müәllim (2006). 1957 ildә Bakı energetika texnikumunu, 1962 ildә Azәrb. Neft vә Kimya İn-tunu (indiki ADNSU) bitirmiş vә orada 1978 ilә qәdәr müxtәlif vәzifәlәrdә çalışmışdır. 1978 ildәn Azәrb. İnşaat Mühәndislәri İn-tunda (indiki AMİU) kafedra müdiri işlәmiş, 2012 ildәn AMİU-da pedaqoji fәaliyyәtlә mәşğuldur. Əsas elmi işlәri istilik energetikası müәssisәlәri üçün әlavә suyun ekoloji tәmiz vә iqtisadi sәmәrәli üsullarla hazırlanmasına aiddir. 270-dәn çox elmi әsәrin, o cümlәdәn 2 monoqrafiyanın müәllifidir. Elmi kadrların hazırlanmasında xidmәti var.
Ə s ә r i: Высокоэффективные методы умягчения, опреснения и обессоливания воды. М., 1988.