FEYZİYEV Yaşar Mirzә oğlu (d.9.2.1960, Lәnkәran ş.) – Azәrb. biofiziki. Biol.e.d. (2009). 1982 ildә ADU-nu (indiki BDU) bitirmişdir. Azәrb. Elmi Tәdqiqat Əkinçilik İn-tunda çalışmışdır (1982–84; 1990–92). 1997–2005 illәrdә Yaponiyanın Kvansey Qakuin Un-tindә vә RIKEN Fotodinamik Tәdqiqatlar Mәrkәzindә, İsveçin Lund Un-tindә tәdqiqatlar aparmışdır. 2006 ildәn AMEA-nın Botanika İn-tunda aparıcı elmi işçi, 2008 ildәn laboratoriya müdiri olmuşdur. 2010 ildәn AMEA-nın Molekulyar Biologiya vә Biotexnologiyalar İn-tunda laboratoriya müdiridir. Tәdqiqatları fotosintez prosesinin gedişinә hәsr olunmuşdur. 70 elmi әsәrin müәllifidir.