FEYZULLAYEVA Aida Hənifə qızı (d.15.11.1939, Bakı) - Azərb. ədəbiyyatşünası, filologiya e.d. (1994). Azərb. Pedaqoji Rus dili və Ədəbiyyatı İn-tunu bitirmişdir (1962). 1965-68 illərdə Azərb. Xalq Maarifi Muzeyində elmi işçi olmuş, 1968 ildən Azərb. МЕА Nizami ad. Ədəbiyyat İn-tunda çalışır. 2004 ildən baş elmi işçidir. Tədqiqatları, əsasən, Azərb.-rus ədəbi əlaqələrinin, milli ədəbiyyatların inkişafı problemlərinə, N.Tusi,Rumi, M.F.Axundzadə, A.Bakıxanov, H.Cavid kimi mütəfəkkirlərin yaradıcılığının öyrənilməsinə həsr olunmuşdur. 200-ə yaxln elmi əsərin, о cümlədən 7 kitabın müəllifidir.
Ə s ə r l ə r i: Азербайджанские писатели в России. Б., 2005; Олжас Сулейменов (опыт спектрального исследования творческой деятельности). Б., 2009; Восточный и западный факторы в мировоззрении азербайджанских писателей ХХ века. Б., 2012; Национальные и общечеловеческие идеи в современной азербайджанской литературе. Б., 2016.