Azərbaycan Milli Ensiklopediyası
IX CİLD (FEDİNQ - EMİN)
    FƏALİYYƏT 

    FƏALİYYƏT – insan fәallığı forması, fәrdin әtraf alәmlә ideal vә әşyәvi-praktiki qarşılıqlı әlaqәsi. F.-in bәşәr tarixi boyunca yaranan forma vә mexanizmlәri mәdәniyyәt (işarәvi-rәmzi, obrazlı şәkildә) vә tәlim (әmәk alәtlәri ilә) vasitәsilә ötürülür (“sosial varislik”).

    “F.” anlayışı insan fәallığını sәciyyәlәndirmәk üçün 18 әsrin sonu alman fәlsәfәsindә (İ.Q.Fixte, G.V.F.Hegel) tәtbiq edilmişdir. F.-in sosiomәdәni genezisi, onun intensional (maddi) yönәlişi vә daxili, ideal proseslәrin F. formaları kimi sәciyyәlәndirilmәsinin mümkünlüyü “F.” anlayışını ona yaxın olan fәallıqdavranış anlayışlarından fәrqlәndirir.

    Fәlsәfә vә psixologiyada F. eyni zamanda hәm izahedici prinsip, hәm dә tәdqiqat obyekti kimi çıxış edir. F. subyekt vә obyekti vahid dinamik strukturda birlәşdirәn reallıq kimi tәhlil edilir. “Bilavasitәlik postulatı”na әsaslanan (biheviorizm, geştalt psixologiya, koqnitiv psixologiya vә s.) nәzәriyyәlәrin (bu postulata görә, subyektiv hadisәnin baş vermәsi üçün subyekt qarşısında müvafiq obyektin sadәcә mövcudluğu tәlәb olunur) әksinә olaraq, F. prinsipi tәsbit edir ki, obyektlәrin, hadisәlәrin vә ya olayların psixi tәzahürünün istәnilәn forması (qavrayışda, yaddaşda, tәfәkkürdә, emosiyalarda vә s.) subyektin F.-i-nin mövcudluğundan vә xarakterindәn asılıdır. İnsan fәallığının tәkcә xarici әşyәvi-әmәli vә idraki formaları (әmәk, idman, oyun, tәlim vә s.) deyil, hәm dә onun daxili fәallığının müxtәlif növlәri (qavrayış, yaddaş, tәfәkkür, hәyәcan, yaradıcılıq vә incәsәnәti qavrama, ünsiyyәt, seçim, dünyagörüşü vә s.) F. kimi nәzәrdәn keçirilir.

    F.-in başlıca xüsusiyyәtlәri onun intensionallığı, yәni predmetә yönәlişi, hәmçinin şüurlu surәtdә baş vermәsi, subyektә mәxsusluğudur. F.-ә motivlәr, mәqsәdlәr, xarakter, qabiliyyәt vә bütövlükdә şәxsiyyәt tәsir göstәrir. F.-in özündә subyekt vә obyektin müvafiq şәkildә F. prosesinә tәsirini әks etdirәn intensional vә operasional tәrәflәr fәrqlәndirilir (konkret F.-dә hәr iki tәrәf birgә çıxış edir). “F. yanaşması” çәrçivәsindә psixika F.-in funksional orqanı kimi (subyekti öz alәmindә istiqamәtlәndirәn, dünya mәnzәrәsini yaradan vә bu әsasda subyektin F.-ini tәnzimlәyәn) qiymәtlәndirilir.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
FEDİNQ – EMİN