Azərbaycan Milli Ensiklopediyası
IX CİLD (FEDİNQ - EMİN)
    FƏALİYYƏT QABİLİYYƏTİ

    FƏALİYYƏT QABİLİYYƏTİ, h ü q u q d a – vәtәndaşın vә ya hüquqi şәxsin öz hәrәkәtlәri ilә hüquqlar әldә etmәk vә özü üçün hüquqi vәzifәlәr yaratmaq qabiliyyәti. “F.q.” anlayışı daha çox mülki hüquqla tәnzimlәnәn münasibәtlәrdә tәtbiq edilir. Vәtәndaşın öz hәrәkәtlәri ilә mülki hüquqlar әldә etmәk vә özü üçün mülki vәzifәlәr yaratmaq qabiliyyәti (mülki hüquq F.q.) tam hәcmdә onun yetkinlik yaşına çatması ilә әmәlә gәlir.

    Azәrb. Resp.-nda fiziki şәxsin mülki hüquq F.q. o, yetkinlik yaşına (18 yaşına) çatdıqda tam hәcmdә әmәlә gәlir. 7 yaşınadәk olan yetkinlik yaşına çatmayanların (azyaşlılar) F.q. yoxdur. 7 yaşından 18 yaşınadәk olan azyaşlıların mәhdud F.q. vardır. 16 yaşı tamam olmuş azyaşlı әmәk müqavilәsi üzrә işlәyirsә vә ya valideynlәrin, övladlığa götürәnlәrin vә ya himayәçinin razılığı ilә sahibkarlıq fәaliyyәti ilә mәşğul olursa, tam fәaliyyәt qabiliyyәtli sayıla bilәr. Hәr iki valideynin, övladlığa götürәnlәrin vә ya himayәçinin razılığına әsasәn qәyyumluq vә himayәçilik orqanının qәrarı ilә, belә razılıq olmadıqda isә mәhkәmәnin qәrarı ilә yetkinlik yaşına çatmayan tam fәaliyyәt qabiliyyәtli sayılır (emansipasiya). Valideynlәr, övladlığa götürәnlәr vә himayәçi tam fәaliyyәt qabiliyyәtli sayılmış yetkinlik yaşına çatmayanın öhdәliklәri üçün, o cümlәdәn onun ziyan vurması nәticәsindә әmәlә gәlәn öhdәliklәr üçün mәsuliyyәt daşımırlar.

    Ağıl zәifliyi vә ya ruhi xәstәliklәr nәticәsindә öz hәrәkәtlәrinin mәnasını başa düşmәyәn vә ya öz hәrәkәtlәrinә rәhbәrlik edә bilmәyәn şәxslәr mәhkәmә tәrәfindәn F.q. olmayan sayıla bilәr. Onlar üzәrindә qәyyumluq müәyyәnlәşdirilir. F.q. olmayan sayılmış fiziki şәxsin adından әqdlәri onun qәyyumu bağlayır, yaxud onun bağladığı әqd sonradan qәyyumun razılığı ilә etibarlı hesab edilә bilәr (Azәrb. Resp.-nın Mülki Mәcәllәsi, m. 28).

    Spirtli içkilәrdәn, narkotik vasitәlәrdәn vә ya psixotrop maddәlәrdәn sui-istifadә etmәsi, habelә qumara qurşanması nәticәsindә öz ailәsini ağır maddi vәziyyәtә salan fiziki şәxsin F.q. mәhkәmә tәrәfindәn mәhdudlaşdırıla bilәr. Belә şәxsin üzәrindә himayәçilik tәyin edilir. Onun xırda mәişәt әqdlәri bağlamaq ixtiyarı vardır. O, yalnız himayәçisinin razılığı ilә başqa әqdlәr bağlaya bilәr. Lakin bu cür fiziki şәxs bağladığı әqdlәr üzrә vә vurduğu ziyan üçün müstәqil surәtdә әmlak mәsuliyyәti daşıyır. F.q. mәhdudlaşdırılmış fiziki şәxsin himayәçinin razılığı tәlәb olunan hallarda, belә razılıq olmadan bağladığı әqd sonradan himayәçinin razılığı ilә etibarlı hesab edilә bilәr (Azәrb. Resp.-nın Mülki Mәcәllәsi, m. 32).

    Hüquqi şәxsin F.q. onun hüquq qabiliyyәtinә uyğundur. Bәzi ölkәlәrdә F.q. 21 yaşından yaranır.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
FEDİNQ – EMİN