Azərbaycan Milli Ensiklopediyası
IX CİLD (FEDİNQ - EMİN)
    FƏDAİ

    FƏDAİ, F ə d a i  T ə b r i z i (? - ?) - 16 əsr Azərb. şairi. Həyat və yaradıcılığına dair məlumat azdır. Sam Mirzənin “Тоһfeyi-Sami” təzkirəsində F. haqqında məlumat verilmiş, onun təbrizli olduğu və 1550-ci illərdən lirik şeirlər yazdığı göstərilmişdir. Divanı, “Bəxtiyarnamə” adlı poeması məlumdur. İran ədibi Vəhid Dəstgirdi “Bəxtiyarnamə” poemasını akad. Y.E.Bertelsin məsləhəti ilə 1932 ildə Tehranda farsca çap etdirmişdir. Əsərin Təbrizdə Hacı Məhəmməd ağa Naxçıvaninin kitabxanasında saxlanılan əlyazmasını ədəbiyyatşünas Q.Məmmədli 1945 ildə Təbrizdə (ərəb əlifbası ilə) və 1957 ildə Bakıda (Kirill əlifbası ilə) nəşr etdirmişdir. 16 əsrin sonlarında yazıldığı ehtimal edilən poema F.-yə qədər mövcud olan “Bəxtiyarnamə”lərin ərəb, fars və xalq variantlarından bir sıra ideya-bədii xüsusiyyətləri ilə seçilir. F. ənənəvi mövzunu öz zövqünə, ruhuna uyğun şəkildə işləmiş, bəzi əlavə və dəyişikliklər etmişdir. Poemada orta əsr insanının mübarizəsini, sevgisini, daxili zənginliyini və mənəvi böyüklüyünü göstərən şair haqq və ədalətin gec-tez qalib gələcəyini söyləyir. Poema dövrünün ictimai-siyasi tarixini, Azərb. ədəbi dilinin inkişaf yolunu öyrənmək baxımından da əhəmiyyətlidir. F.-nin “Divan”ı Təbriz Milli kitabxanasında, şeirləri S.-Peterburqda Şərqşünaslıq İn-tunun əlyazamalar fondunda və Saltıkov-Şedrin ad. Dövlət Kütləvi Kitabxanasında (Dorn kataloqu) saxlanılır.

    Ə s ə r i: Bəxtiyarnamə. B., 1957; B., 2004.

    Əd.: А х м е д о в Э.М. Федаи и его “Бахтиярнаме” (автореф.) Б., 1972; S ə f ə r l i Ə., Y u s i f о v Х. Qədim və orta əsrlər Azərbaycan ədəbiy- yatı. B., 1982

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
FEDİNQ – EMİN