FƏHD İBN ƏBDÜLƏZİZ (16.3.1921, Ər-Riyad – 1.8.2005, Ər-Riyad) – Sәudiyyә Ərәbistanının beşinci kralı [1982–2005]. Sәudiyyә Ərәbistanı krallığının banisi Əbdülәziz әs-Sәidin 37 oğlundan biridir. Dini vә dünyәvi tәhsil almışdır. Ölkәnin ilk maarif naziri (1953–60), baş nazirin ikinci müavini (1967–75), Sәudiyyә Ərәbistanının vәliәhdi (1975–82), eyni zamanda baş nazirin birinci müavini olmuş, 1982 il iyunun 13-dә taxta çıxmışdır. 1984 ildә OPEK-in tәzyiqi ilә neftin qiymәtini aşağı salmışdır. 1990 ildә, İraq tәrәfindәn Küveytin işğalı zamanı ABŞ vә müttәfiqlәri ilә sıx әlaqәlәr qurmuşdur. Ərәb torpaqlarında ABŞ-ın vә digәr xarici әsgәri qüvvәlәrin yerlәşdirilmәsinә icazә verdikdәn sonra Sәudiyyә Ərәbistanı Körfәz müharibәsindә fәal rol oynamışdır. 1992 ildә hüquqi qüvvәsinә görә Konstitusiyadan sonra krallığın ikinci qanununu – Sәudiyyә Ərәbistanı idarәçiliyinin әsas nizamını qәbul etmişdir. Xәstәliklә әlaqәdar 1995 ildә ölkәnin idarәçiliyini qardaşı Abdullaya tapşırmışdı. Ər-Riyadda “Əl-Aud” qәbiristanlığında dәfn olunmuşdur.