FƏXRALI – Azәrb. Resp. Goranboy r-nunda kәnd. Fәxralı ә.d.-nin (Fәxralı, Qurbanzadә k.-lәri daxildir) mәrkәzi. R-n mәrkәzindәn 24 km şm.-q.-dә, Gәncә-Qazax düzәnliyindәdir. Kәnd 18 әsrdә baş vermiş siyasi hadisәlәrlә әlaqәdar Borçalı mahalının Fәxralı k.-ndәn köçüb gәlmiş ailәlәr tәrәfindәn salınmışdır. Əh. 3528 (2017); әkinçilik vә heyvandarlıqla mәşğuldur. Tam orta mәktәb, mәdәniyyәt evi, kitabxana, tibb mәntәqәsi var.