FƏXRALI YAŞAYIŞ YERİ – Azәrb.Resp. Goranboy r-nunun Fәxralı k.-ndәn şm.-da yerlәşәn orta әsr yaşayış yeri. 2004– 05 illәrdә Bakı–Tbilisi–Ceyhan neft vә Cәnubi Qafqaz qaz boru kәmәrlәrinin inşası ilә әlaqәdar AMEA Arxeologiya vә Etnoqrafiya İn-tunun әmәkdaşları tәrәfindәn Gәncә-Qazax bölgәsindә aparılmış geniş arxeoloji qazıntılar nәticәsindә tәdqiq edilmişdir. Yaşayış yerinin xarabalığının uz. 300 m-dәn çoxdur; qalınlığı 60 sm olan mәdәni tәbәqә öyrәnilmişdir. Burada istehsalat tikililәrinin, kürәlәrin, ocaqların, tәndirlәrin qalıqları, metal posalar, metalişlәmә vә dulusçuluqla bağlı istehsalat tullantıları üzә çıxarılmışdır. Tapıntılar arasında şirli vә şirsiz saxsı qab qırıqları, metal mәmulat, şüşә bilәrzik qırıqları, üzәri naxışlı sümük düymә vә s. vardır. Kiçik tutumlu ayaqlı vaza tipli şirsiz saxsı qab diqqәti cәlb edir. Tapıntılara әsasәn F.y.y. 9–12 әsrlәrә aid olunur.