FƏXRƏDDİN II (1572–13.4.1635) – Mәәnilәr sülalәsindәn Livan әmiri [1590– 1613 vә 1618–33]. Livanı, Suriya vә Fәlәstinin bir hissәsini öz hakimiyyәti altında birlәşdirmişdir. Osmanlı sultanının hakimiyyәtindәn vә vergi ödәnilmәsindәn azad olmağa çalışan II F. Toskana hersoqu I Ferdinand, Roma papası vә İspaniya ilә müqavilә bağlamışdı. Osmanlılara qarşı silahlı mübarizәyә hazırlaşan II F. nizami ordu yaratmış vә sәrhәd qalalarını möhkәmlәndirmişdi. Lakin 1613 ildә osmanlıların müdaxilәsi zamanı İtaliyaya qaçmağa mәcbur olmuşdu. Livana qayıtdıqdan sonra 1618 ildә hakimiyyәtini bәrpa etmişdi. Ticarәt vә sәnәtkarlığın inkişafına rәvac vermişdir. 1633 ildә osmanlı qoşununun Livana yeni yürüşü zamanı әsir alınmış, İstanbulda edam olunmuşdur.