Azərbaycan Milli Ensiklopediyası
IX CİLD (FEDİNQ - EMİN)
    FƏXRƏDDİN RAZİ

    FƏXRƏDDİN RAZİ (فخر الدين رازي), Əbu Abdullah Mәhәmmәd ibn Ömәr ibn Hüseyn әr-Razi әt-Tәbәristani (1149, Rey – 29.3.1210, Herat) – әşәriyyә kәlam mәktәbinin görkәmli nümayәndәsi. İlk tәhsilini atasından almış, Mәcdәddin әl-Cilidәn kәlam vә fәlsәfәni öyrәnmişdir. Uzun müddәt sәfәrlәrdә olmuş, Qurilәr vә Xarәzmşahlar saraylarında xidmәt etmişdir. Ensiklopedik biliyә sahib olduğundan әllamә dә adlandırılmışdır. Ən mәşhur tәlәbәlәri Əsirәddin Əbhәri, Tacәddin Urmәvi, Siracәddin Urmәvi, Şәmsәddin Xosrovşahi vә b. olmuşlar.

    F.R. mötәzilә, hәnbәliyyә, ismailiyyә, xüsusilә dә kәrramiyyә kimi әqidә mәktәblәrinin ardıcılları ilә kәskin polemikalara girmiş, bir çox mәnbәyә görә, sonuncular tәrәfindәn zәhәrlәnәrәk öldürülmüşdür. 200-ә yaxın әsәr yazmışdır. “Mәfatihül-qeyb”i ilә (“Qeybin açarları”) elmi tәfsirin әsasını qoymuş F.R. göstәrirdi ki, әn doğru tәfsir Quranın Quranla edilәn tәfsiridir. Qәzzali kimi әşәriyyәnin kәlam sistemini müdafiә etsә dә, әsәrlәrindә fәlsәfi mәsәlәlәrә daha geniş yer vermişdir. F.R.-nin fәlsәfә ilә kәlamın sintezi әsasında işlәyib hazırladığı fәlsәfi kәlam metodu 14 әsrin ortalarınadәk әşәriyyәdә hakim olmuşdur. Bu әnәnә onun İbn Sinanın “Əl-İşarat vәttәnbihat”ına yazdığı şәrhdә (“Şәrhül-işarat”) vә xülasәdә (“Lübabül-işarat”), hәmçinin İbn Sinanın “Əş-Şifa” әsәrinin modeli әsasında qurulmuş, fizika vә metafizikaya dair “Əl-Mәbahisül-mәşriqiyyә” әsәrindә әksini tapmışdır. Onun “Əl-Mühәssәl”i fәlsәfi kәlama dair qiymәtli әsәrlәrdәndir. F.R. tәbiyyat elmlәri mәsәlәlәrindә İbn Sinadan tәsirlәnsә dә, atom nәzәriyyәsi, feyzsüdur nәzәriyyәsi ilә bağlı bәzi hallarda onu tәnqid etmişdir. İbn Xәlduna görә, mütәkәllimlәr arasında mәntiqi müstәqil elm kimi öyrәnәn ilk alim F.R.-dir. Onun qüvvә, hәrәkәt, işıq vә sәs haqqındakı fikirlәri elm tarixindә mühüm yer tutmuş, riyaziyyata dair әsәrlәri xüsusi çәkiyә malik olmuşdur. Fiqh, tibb, astronomiya, әrәb dili vә әdәbiyyatına dair әsәrlәri dә var. Əli ibn Əbu Talibin “Nәchül-bәlağә”sini, Zәmәxşәrinin “Əl-Müfәssәl” әsәrini, İbn Sinanın bir neçә әsәrini şәrh etmiş, farsca vә әrәbcә şeirlәr yazmışdır. Atasının vә Qәzzalinin tәsirilә tәsәvvüfә dә meyil etmişdir. İbn Ərәbinin ona tәsәvvüfә dәvәt mәzmunlu mәktublar yazması mәlumdur. Bәzi mәnbәlәrә görә, F.R. ömrünün sonuna yaxın kәlamı tәrk edәrәk tәsәvvüfә daxil olmuşdur.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
FEDİNQ – EMİN