Azərbaycan Milli Ensiklopediyası
IX CİLD (FEDİNQ - EMİN)
    FƏXRƏDDİNOV 

    FƏXRƏDDİNOV Rizaәddin Fәxrәddinoviç (12.1.1859, Samara qub., Buqulma qәzasının Kiçuçatovo k., hazırda Tatarıstanın Almetyevsk r-nundadır – 11.4. 1936, Ufa) – tatar vә başqırd dini vә ictimai xadimi, ilahiyyatçı, tarixçi, jurnalist. Molla ailәsindә doğulmuşdur. İmam-xәtib (1889–91) vә Orenburq Müsәlman Ruhani Mәclisinin qazısı (1891– 1906) vәzifәlәrindә çalışmışdır. 1906 ildә Orenburqa köçmüş, burada “Vakıt” (“Vaxt”) qәzetindә, elәcә dә 1908–18 illәrdә redaktoru olduğu “Şura” jurnalında tәqr. 170 mәqalәsi dәrc edilmişdir. 1908– 10 illәrdә Hüseyniyyә mәdrәsәsindә hәdisdәn dәrs demişdir. Oktyabr inqilabından (1917) sonra Millәt mәclisinә vә Kese Qurultaya (başqırd parlamentöncәsi orqanı) nümayәndә (1917–18) seçilmişdir. 1918 ildәn Ufada yaşamış, Barudinin ölümündәn sonra müfti vәzifәsini (1921 ildәn) icra etmişdir. 1923–36 illәrdә bir neçә dәfә Daxili Rusiya vә Sibir müsәlmanlarının Mәrkәzi Ruhani İdarәsinә sәdr seçilmişdir. Tәhsildә islahat keçirilmәsi, qadınların hüquq bәrabәrliyi uğrunda çıxışlar etmişdir. Siyasi repressiyalar dövründә müsәlman dini vә mәdәni әnәnәlәrinin qorunması istiqamәtindә bir çox işlәr görmüşdür. Mәkkәdә Ümumdünya müsәlmanlar qurultayında (1926) sovet nümayәndә heyәtinә rәhbәrlik etmişdir. İslamın tarixi vә fәlsәfәsi, hәdis, müsәlman hüququ, etika vә pedaqogikaya dair tәqr. 65 әsәri nәşr olunmuşdur. Rusiya ülәmalarının bioqrafiyalarından ibarәt “Abidәlәr” (“Asar”) toplusu mәşhurdur. F.-un zәngin irsi Ufa Elmi Mәrkәzindә (F. 7) vә Sankt-Peterburqda REA-nın Şәrq Əlyazmaları İn-tunda (F. 131) saxlanılır. 1995 ildә vәtәnindә xatirә muzeyi açılmışdır. Adına Kazan, Çistopol vә RF-nin digәr şәhәrlәrindә küçә, Almetyevskdә mәdrәsә vә mәscid var.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
FEDİNQ – EMİN