FƏQİH (əl-Fəqih) Əhməd İbrahim (d.28.12.1942,Mizda) - Liviya yazıçısı, dövlət xadimi. 1957 ildə Tripoliyə köçmüş, orada mədrəsə təhsili almış, biliyini özünətəhsillə artırmışdır. 1962-65 illərdə Qahirədə, 1960-cı illərin sonu - 1970-ci illərin əvvəli Londonda yaşamış, dramaturgiyaya dair mühazirələr dinləmişdir. Tripolidə Musiqi və Dram Milli İn-tunun direktoru işləmiş, mətbuatda dərc olunmağa başlamışdır. Edinburq un-tində fəlsəfə doktoru dərəcəsini almışdır Liviyanın B. Britaniya, Yunanıstan, Misir və Rumıniyadakı səfirliklərində diplomatik vəzifələrdə çalışmışdır. Ədəbi debütü “Dənizdə su yoxdur” (1965) hekayələr toplusudur. Sosial-psixoloji nəsr əsərləri ilə tanınmışdır:90-cı illərin “Kəmərləri bağlayın”, “Venesiyanın güzgüləri”, “30 qısa tarixçə” və s. novellaları; “Gecə bağı” (trilogiya, 2000), “ Qəlbin niyyətləri” (h.1-12,07) və s. romanları. Çoxsaylı esse və pyeslərin müəllifidir.