FƏQİR (әr. الفقير) – 1) maddi vә mәnәvi ehtiyacı olan insan, yoxsul. İnsanların Allah qarşısında F. olduğunu ifadә edәn Quran ayәsinә (35:15) әsaslanan bu anlayış müsәlman ilahiyyatı üçün sәciyyәvi olmuşdur. Digәr tәrәfdәn, yoxsullara (füqәra), yәni sosial cәhәtdәn mәğmun insanlara qayğı Quranda, sünnә vә etik-ibrәtamiz әsәrlәrdә xüsusi vurğulanır, asketik tәlimlәrdә vә tәsәvvüfdә fәqirlik tәbliğ olunurdu. Əksәr sufi mütәfәkkirlәri “aramlığa” çatmaq üçün maddilikdәn vә dünyәvilikdәn imtina edirdilәr, buna görә dә “F.” sözü dәrviş vә sufi mәnasında da işlәdilmişdir. Mәhәmmәd peyğәmbәrә istinadәn “fәqirlik fәxrimdir” hәdisinә әsaslanan tәsәvvüf mәnbәlәrindә “F.” termini yalnız Allaha möhtac olmaqla mütlәq zәnginliyә çatmış şәxsi ifadә etmişdir. Sufi praktikasında fәqirlik dәrәcәlәrdәn (“mәqam”) biri kimi tәsbit olunmuş, tәsәvvüf әdәbiyyatında (Sәrrac Tusi, Nәsirәddin Tusi, Əttar, Quşeyri vә b.) kanonlaşdırılmışdır. Orta әsrlәrdә şairlәrin, kitab müәlliflәrinin, katiblәrin vә xәttatların sadәlik vә tәvazökarlıq rәmzi olaraq әlyazmaların kolofonunda özlәrini F. adlandırmaları әxlaq normasına çevrilmiş, bu norma rәsmi vә mәişәt danışığına da sirayәt etmişdi.2) 18–19 әsrlәrdә Orta Asiyada vә Şimali Əfqanıstanda vergi ödәyәn kәndlilәr, geniş mәnada – tәbәә. 3) 19 әsrdә Əfqanıstanda, yusufzailәr tayfasında asılı tәbәqәnin adı. F. yaşadığı yerdә torpaq sahibinin tәbәәsi idi. F. torpaq sahibinә vergi ödәyir vә müxtәlif mükәllәfiyyәtlәr yerinә yetirir, hәmçinin mәliklәrә vә xanlara vergi ödәyirdi. Tayfanın azad üzvlәrinin – döyüşçülәrin çoxu öz torpaq paylarını yardar F.-lәrә icarәyә verirdilәr. Bәzi yardar F.-lәr bunun müqabilindә hәrbi yürüşlәrdә iştirak edir vә әlә keçirdiklәri qәnimәtin 1/4-ni xana verirdilәr. Bundan başqa, Hindistandan köçәn sәnәtkar F.-lәr dә var idi. 4) “F.” termini Avropa dillәrindә hind asketlәri vә yoqlara verilәn addır; F.-in “cadugәr”, “hoqqabaz” mәnaları buradandır.