Azərbaycan Milli Ensiklopediyası
IX CİLD (FEDİNQ - EMİN)
    FƏLƏKİ ŞİRVANİ

    FƏLƏKİ ŞİRVANİ, Ə b u ə n-N i z a m  M ə h ə m m ə d (1126, Şamaxı - 1159/60, Şamaxı) - 12 əsr Azərb. şairi. Fars dilində yazmışdır. Xaqani Şirvaninin müasiri olmuş, Əbül-Üla Gəncəvidən şeir-sənət dərsi almışdır. Gənclik illərini Şirvanşahlar sarayında keçirmişdir. III Mənuçöhrün mötəbər şairlərindən olmuş, ona mədhiyyələr yazmışdır, lakin yaradıcılığının çiçəklənmə dövründə saray böhtanlarına məruz qalaraq bir middət zindana salınmışdır. Bundan dərin mənəvi sarsıntı keçirən şair gənc yaşlarında vəfat etmişdir. Ədəbi irsinin yalnız bir qismi dövrümüzədək gəlib çatmışdır. Əsərləri, xüsusən yaradıcılığında mühüm yer tutan qəsidələri tarixilik baxımından əhəmiyyətlidir. Onun “Həbsiyyə” adlı avtobioqrafik qəsidəsi 12 əsr Azərb. ictimai-siyasi şeirinin gözəl nümunələrindəndir. F.Ş.-nin yaradıcılığında məhəbbət lirikası da güclü olmuş, qəzəl, rübai, tərcibənd və qəsidələrində təbiət və insan, ideal gözəllik və məhəbbət, bəşəri arzular və kədər əks olunmuşdur. Mənbələrdə onun “Ehkamül-nücum” (“Astrologiyaya dair mühakimələr”) adlı əsər yazdığı da göstərilir. Orta əsrlər Yaxın Şərq təzkirələrində F.Ş.-dən geniş bəhs olunmuş, əsərlərindən nümunələr verilmişdir. Xaqani Şirvani onun ölümünə şeir yazmışdır. Avropada F.Ş. irsi ilə ilk dəfə 17 əsrdən maraqlanmağa başlamışlar. Fransız tədqiqatçısı M.d’Erbelo 1697 ildə Parisdə çap olunan “Şərq kitabxanası və ya universal lüğət” əsərində F.Ş.-nin yığcam tərcümeyi-halını təqdim edərək, onun sənətkarlıq məharətinə yüksək qiymət vermişdir. Şərqşünas H.Ete “Böyük İran filologiyası” (1896), ingilis şərqşünası E.Braun “İran ədəbiyyatı tarixi” (1906) əsərlərində F.Ş.-yə dair müxtəsər məlumatlar dərc etdirmişlər. Şairin həyat və yaradıcılığının öyrənilməsi sahəsində hind alimi H.Həsənin 1929 ildə Londonda nəşr olunmuş iki cilddən ibarət monoqrafiyası xüsusi əhəmiyyət kəsb edir. F.Ş.-nin divanı Tehranda da nəşr edilmiş, ingilis dilinə sətri tərcümə olunmuşdur. Azərb.-da H.Araslı, Q.Kəndli, Rüstəmova (Azadə R.) və b.-nın şairin həyat və yaradıcılığının örənilməsinə dair araşdırmaları var.

    Əd:. Бертельс Е.Э. Низами и Физули. М., 1962; Р и п к а Я. История персидской и тад­жикской литературы. М., 1970; Крымский А.Е. Низами и его современники. Б., 1981; Ə.S ə f ə r l i, X.Y u s i f o v. Qədim və orta əsrlər Azərbaycan ədəbiyyatı. B., 1982; A z a d ə R. Fələki Şirvani. B., 1986; Azərbaycan ədəbiyyatı tarixi. C.2. B., 2007.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
FEDİNQ – EMİN