Azərbaycan Milli Ensiklopediyası
IX CİLD (FEDİNQ - EMİN)
    FƏLƏSTİN MİLLİ ADMİNİSTRASİYASI 

    FƏLƏSTİN MİLLİ ADMİNİSTRASİYASI (FMA; السلة الوطنية الفلسطينية ) – İsrailin işğal etdiyi İordan çayının qәrb sahilindә (İÇQS) vә Qәzza sektorunda Fәlәstin özünüidarә orqanı. Oslo-I (1993) vә Oslo-II (1995) Fәlәstin-İsrail sazişlәri әsasında Fәlәstin-İsrail münaqişәsinin tam hәllinә qәdәr 5 illik keçid dövrü üçün Fәlәstin azadlıq tәşkilatının himayәsi altında müvәqqәti inzibati orqan kimi 1994 ildә yaradılmışdır. Fәlәstin dövlәti hökumәtinin prototipi olan FMA sülh prosesinin başa çatmaması sәbәbindәn müәyyәn olunmuş müddәtdәn artıq fәaliyyәt göstәrir. 

    İÇQS-nin ümumi sahәsi 5655 km2, Qәzza sektorunun sahәsi isә 365 km2-dir. Şәrqi Yerusәlim dә daxil olmaqla әhalinin ümumi sayı 4,05 mln. nәfәrdir (2010; İÇQS-dә 2,51 mln., Qәzza sektorunda 1,54 mln.), onların 17%-ndәn çoxu qaçqın düşәr әlәrindә yaşayır. Qәzzada әhalinin sıxlığı 1 km2-dә 4 min, İÇQS-dә 1 km2-dә 445 nәfәrdir. Əhalinin böyük әksәriyyәti müsәlman fәlәstinlilәrdir. Rәsmi dil әrәb dilidir, ingilis dili geniş yayılmışdır, bir çox fәlәstinli ivrit dilini bilir.

    2013 il vәziyyәtinә görә, İÇQS 3 növdәn olan çoxsaylı anklavlara bölünmüşdü: “A” zonası tam fәlәstinlilәrin nәzarәtindәdir (әrazinin 17,2%-i, iri Fәlәstin şәhәrlәri); “B” zonasında mülki işlәrә fәlәstinlilәr, tәhlükәsizliyә isә fәlәstinlilәrlә israillilәr birgә nәzarәt edirlәr (әrazinin 23,8%-i, şәhәrәtrafılar, ayrı-ayrı yaşayış mәntәqәlәri); “C” zonası (o cümlәdәn hәmin zonadakı Fәlәstin әhalisi) tam İsrail nәzarәtindәdir (әrazinin 59%-i, sәrhәdyanı rayonlar, İsrail hәrbi bazaları vә mülki yaşayış mәskәnlәri, tәbiәt qoruqları, Ölü dәnizin sahilyanı әrazisi). Əksәriyyәti әrәb әhalisindәn ibarәt Şәrqi Yerusәlim beynәlxalq birlik tәrәfindәn işğal olunmuş Fәlәstin әrazilәrinin (İÇQS-nin) bir hissәsi kimi qәbul edilsә dә, FMA-nın formal yurisdiksiyasında deyildir. Fәlәstin-İsrail razılaşmalarına әsasәn FMA-nın nәzarәti formal olaraq Qәzza sektoru әrazisinin 96%-nә şamil edilir. 2006 ildәn Qәzza sektoruna qarşı İsrail tәrәfindәn tam blokada tәtbiq edilir. 2007 ildә bu әrazi İÇQS-dәn faktiki olaraq ayrılmışdır.

    Qәzza sektoru vә İÇQS İsrail әrazisi ilә ayrılmışdır vә ümumi sәrhәdlәri yoxdur. Onlar arasında әlaqә quru yolu ilә İsrail, yaxud qonşu dövlәtlәr – Misir (Qәzza üçün) vә İordaniya (İÇQS üçün) vasitәsilә hәyata keçirilir. İşğal rejiminin saxlanılması şәraitindә İsrail Qәzzanın әrazi sularına, hava mәkanına, radio tezliklәrinә, hәmçinin bütün yerüstü sәrhәdlәrinә vә sәrhәd keçidlәrinә nәzarәt edir.

    FMA-nın müvәqqәti yerlәşmә mәrkәzi Ramallah ş.-dir. Fәlәstin-İsrail münaqişәsinin nizamlanması prosesi başa çatdıqdan vә Fәlәstin dövlәtinin sәrhәdlәri tam müәyyәnlәşdikdәn sonra daimi paytaxt Şәrqi Yerusәlim olmalıdır.

    FMA-nın sәlahiyyәtlәri Oslo-I vә Oslo-II sazişlәri ilә müәyyәnlәşir vә inzibati idarәetmә, tәsәrrüfat fәaliyyәti, әdliyyә, tәhlükәsizliyin tәmin olunması mәsәlәlәri vә s.-ni ehtiva edir. FMA-nın daxili tәşkili vә fәaliyyәti Müvәqqәti әsas qanunla (2003) tәnzimlәnir (2005 il düzәlişlәri ilә fәaliyyәt göstәrir). Dövlәt quruluşu FMA-nın müvәqqәti statusu vә hәrbi-siyasi şәrait nәzәrә alınmaqla bir sıra özәlliklәrә malikdir. FMA-nın rәhbәri birbaşa ümumi seçki yolu ilә 4 il müddәtinә seçilir. 1994– 2004 illәrdә bu vәzifәni Y.Ərәfat, 2005 ildәn M.Abbas tutmuşdur (“Fәth” hәrәkatının lideri, FAT İcraiyyә komitәsinin sәdri, Fәlәstin dövlәtinin prezidenti). 2009 ilә tәyin olunmuş növbәti seçkilәr keçirilmәmiş, M.Abbasın sәlahiyyәtlәri FAT-ın orqanları vasitәsilә uzadılmışdır.

    FMA-nın qanunverici orqanı 4 il müddәtinә seçilәn Fәlәstin qanunverici şurasıdır (FQŞ; 132 yer); 1996 ildә tәsis edildikdәn sonra yalnız 2006 ildә yenidәn seçilmişdir. FQŞ-dә tәmsil olunan әsas ictimai-siyasi qüvvәlәr FAT-ın tәrkibindәki tәşkilatlardır. Onların arasında әn çoxsaylı vә nüfuzlusu “Fәth”-dir (2006 ildәn parlament çoxluğuna malik deyildir, lakin faktiki hakimiyyәt partiyası olaraq qalmaqdadır). Digәr siyasi qüvvәlәr: “Hәmas”, “Fәlәstin milli tәşәbbüsü” vә s. 2006 ildә parlament seçkilәrindә 74 yer qazanmış “Hәmas”ın qәlәbәsi vә onun “Fәth”lә qarşıdurması “Hәmas”ın Qәzza sektorunda tәkbaşına hakimiyyәti (2007) ilә nәticәlәnmişdir. FQŞ-nin işi bundan sonra faktiki başa çatmışdır.

    İcraedici hakimiyyәt FMA-nın rәhbәri vә hökumәt arasında bölüşdürülmüşdür. 2006 ildә İ. Haniyәnin (“Hәmas”) başçılığı altında kabinet formalaşsa da, 2007 ildә FMA-nın rәhbәri tәrәfindәn buraxılmışdır. Nәticәdә İÇQS-dә S. Fәyyazın (bitәrәf), Qәzzada isә İ. Haniyәnin başçılığı altında hökumәt fәaliyyәt göstәrirdi; onların heç biri FQŞ tәrәfindәn formal tәsdiq olunmamışdı.

     2011 ildәn Misirin vasitәçiliyi ilә Fәlәstindә daxili barışıq prosesi, o cümlәdәn İÇQS-nin vә Qәzza sektorunun inzibati birliyini, FQŞ-nin vә FMA rәhbәrinin seçkilәrini nәzәrdә tutan proses fәallaşmışdır. 

    Oslo sazişlәrinә әsasәn FMA-nın, “A” (genişlәndirilmiş sәlahiyyәtlәr) vә “B” (ictimai asayiş, İsraillә birlikdә) zonalarında xidmәt etmәk imkanları daxil olmaqla, öz hüquq-mühafizә orqanlarını saxlamaq hüququ vardır. 2011 ildә FMA-nın güc strukturlarında (Prezident qvardiyası, Preventiv tәhlükәsizlik xidmәti, Milli tәhlükәsizlik xidmәti, Polis, Mülki müdafiә vә s.) xidmәt edәnlәrin sayı 63 min nәfәri keçmişdi. FMA-nın güc strukturları ağır silahlara vә hәrbi texnikaya malik deyildir. 2007 ildәn Qәzza sektorunda muxtar güc strukturları fәaliyyәtә başlamışdır.

    FMA xarici әlaqәlәrini yalnız fәlәstinlilәrә göstәrilәn donor yardımı vә digәr kömәklәrin әlaqәlәndirilmәsi üçün xarici dövlәtlәrin nümayәndәliklәri ilә münasibәtlәr formasında qurmaq hüququna malikdir. Buna baxmayaraq hazırda belә nümayәndәliklәr de-fakto tamsәlahiyyәtli xarici sәfirliklәr rolunu oynayır. FMA nәzdindә Ramallah ş.-ndә 53 nümayәndәlik akkreditasiyadan keçmişdir; Yerusәlim ş.-ndә 10 baş konsulluq (rәsmәn İsraildә akkreditasiyadan keçsәlәr dә, ölkәlәrinin maraqlarını Fәlәstin әrazilәrindә dә tәmsil edirlәr) yerlәşir. Dünya bankı, BVF, BMT sistemindәki tәşkilatlar da daxil olmaqla, 20-dәn artıq beynәlxalq tәşkilatın missiyaları fәaliyyәt göstәrir.

    FMA әrazilәrindә ÜDM-in hәcmi 5728 mlrd. Dollar tәşkil edir (2010). Büdcә kәsiri (ÜDM-in 19,3%-i; 2010), bir qayda olaraq donor yardımı hesabına bağlanır. İqtisadiyyatında xidmәt sferası üstünlük tәşkil edir vә ÜDM-in strukturunda onun payı 50%-dәn çoxdur. Əmәk qabiliyyәtli әhalinin tәqr. 60%-i qeyri-istehsal sahәsindә çalışır. İşsizlik sәviyyәsi 23,7% (2010), Qәzza sektorunda 37,8%, İÇQS-dә 17,2%-dir. Ticarәt balansı mәnfi saldoya malikdir, xarici ticarәt hәcminin 75%-ndәn çoxu İsrailin payına düşür; digәr mühüm ticarәt tәrәfdaşları İordaniya, ÇXR, AFR-dir. 

    2008 ildәn effektiv dövlәt institutlarının yaradılması, milli iqtisadiyyatın möhkәmlәndirilmәsi vә xarici yardımlardan asılılığın azaldılması mәqsәdilә bir sıra böyük islahat proqramları qәbul edilmişdir. Lakin FMA әrazilәrindә iqtisadi inkişaf İÇQS-nin suvarılan torpaqlarının 40%-ni, işğal altındakı әrazilәrin su resurslarının 80%-dәn çoxunu, nәqliyyat әlaqәsini, radiokommunikasiyaları, FMA-nın xarici iqtisadi әlaqәlәrini vә s. nәzarәtindә saxlayan İsrailin hәrәkәtlәrindәn asılıdır vә buna görә dә qeyri-sabit olaraq qalmaqdadır. FMA adından gömrük vә vergi rüsumlarını (FMA büdcәsinә vergilәrdәn daxilolmaların tәqr. 70%-i) yığmağa müvәkkil olunmuş İsrail onların FMA-ya verilmәsini vaxtaşırı lәngidir.

    Qәzza sektorunun blokadası vә İsrailin bu әraziyә vurduğu aviazәrbәlәr nәticәsindә Fәlәstin iqtisadiyyatına xeyli ziyan dәyir, yerli istehsal vә enerji infrastrukturu, yaşayış fondu dağıdılır. İsrail Qәzzada sosial-iqtisadi vәziyyәtin normallaşmasına mane olan tәdbirlәri (әrazi sularının blokadası, insanların, elәcә dә bir çox kateqoriyadan malların yerdәyişmәsinә mәhdudiyyәtlәr, sektor әrazisindәn ixracatın minimuma endirilmәsi) bu günәdәk davam etdirir.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
FEDİNQ – EMİN