Azərbaycan Milli Ensiklopediyası
IX CİLD (FEDİNQ - EMİN)
    FƏLƏSTİN MÜQAVİMƏT HƏRƏKATI

    FƏLƏSTİN MÜQAVİMƏT HƏRƏKATI (FMH) – Fәlәstin әrazisindә fәlәstinlilәrin milli müqәddәratlarını tәyinetmә hüuqunun reallaşdırılması mәqsәdilә 1960-cı – 1980-ci illәrin 1-ci yarısında müxtәlif formada İsrailә qarşı silahlı mübarizәdә iştirak etmiş hәrbilәşdirilmiş tәşkilatların ümumi adı. FMH Fәlәstin azadlıq tәşkilatı (FAT) ilә yanaşı müasir dövr Fәlәstin hәrәkatının әsasını qoymuşdur.

    İsraillә hәmsәrhәd dövlәtlәrin әrazisindәn, o cümlәdәn Misirin nәzarәtindә olan Qәzza bölgәsindәn vә İordaniyanın işğal etdiyi İordan çayının qәrb sahilindәn (İÇQS) İsrailә qarşı hәrbi aksiyalar 1950-ci illәrin әvvәllәrindәn baş verirdi. Onlar, bir qayda olaraq, ayrı-ayrı әrәb hökumәtlәrinin nәzarәti vә dәstәyi ilә 1948–49 illәr Fәlәstin müharibәsindә (bax Ərәb-İsrail müharibәlәriiştirak etmiş keçmiş könüllü hәrbi birlәşmәlәr tәrәfindәn hәyata keçirilirdi. Fәlәstinlilәrin milli şüarlar altında müstәqil silahlı müqavimәti Y.Ərәfatın başçılığı altında “Fәth”in fәaliyyәti ilә başladı. İsrailә qarşı ilk silahlı basqın 1.1.1965 ildә (Fәlәstin dövlәti bu günü Fәlәstin inqilabı günü kimi qeyd edir) oldu.

    1966 ildәn FMH çәrçivәsindә yeni tәşkilatlar yaradıldı: Fәlәstinin azadlığı uğrunda xalq cәbhәsi (FAXC), Fәlәstinin azadlığı uğrunda demokratik cәbhә (FADC), Fәlәstin xalq mübarizәsi cәbhәsi (FXMC) vә s. FMH-dә nizamlanmış tәşkilati struktur, yaxud daimi vahid hәrbi komandanlıq yox idi. Onun mәrkәzi hәlqәsi roluna “Fәth” iddia edirdi, qeyri-formal lideri Y.Ərәfat idi. Tarixi Fәlәstin torpaqlarının geri alınması FMH iştirakçılarının ümumi strateji mәqsәdi olsa da, taktiki, siyasi vә ideoloji mәsәlәlәrlә bağlı onların arasında xeyli fikir ayrılıqları mövcud idi. Ayrı-ayrı tәşkilatlar vә onların rәhbәrlәri bir-birilә rәqabәt aparır, hәrbi әmәliyyatları çox zaman hәr qruplaşma ayrılıqda keçirirdi.

    1969 ilәdәk FMH FAT-dan asılı olmadan müstәqil fәaliyyәt göstәrirdi. O, Fәlәstin diasporuna dayaqlanırdı vә zәrurәt yarandıqda әrәb hökumәtlәri ilә müstәqil şәkildә әlaqәlәr qururdu. Hәrbi cәhәtdәn Əlcәzairin Milli azadlıq cәbhәsini özünә örnәk seçәn FMH Kuba vә Vyetnamdakı partizan mübarizәsi tәcrübәsini rәhbәr tuturdu.

    Ərәb dövlәtlәri orduları vә FAT-ın nәzarәtindәki Fәlәstin azadlıq ordusu (FAO) 1967 ildә İsraillә müharibәdә mәğlub olduqdan vә bütün tarixi Fәlәstin әrazilәri işğal edildikdәn sonra FMH-nin әhәmiyyәti artdı. 1968 ildә Kәramә k. (İordaniya) yaxınlığında İsrail qoşunlarına qarşı uğurlu müdafiә әmәliyyatından (İordaniya nizami qoşunları ilә birlikdә) sonra FMH daha böyük siyasi nüfuz qazandı vә ümumәrәb birliyi tәrәfindәn tanındı. 1967 il müharibәsindәn sonra FMH işğal olunmuş Fәlәstin әrazilәrindә partizan bazaları yaratmağa cәhd göstәrsә dә, bunun qarşısı İsrail tәrәfindәn alındı (bax Fәlәstin). Sonrakı dövrdә FMH yalnız qonşu ölkәlәrin, ilk növbәdә İordaniya (1970 ilә qәdәr) vә Livanın әrazilәrindәn fәaliyyәt göstәrmәk mәcburiyyәtindә qaldı. FMH-nin ayrı-ayrı cәrәyanları bilavasitә İsraildә vә işğal olunmuş әrazilәrdәki döyüş әmәliyyatlarından әlavә, Yaxın Şәrqin hüdudlarından kәnarda İsrail vәtәndaşlarına hücumlar hәyata keçirir, girovlar (o cümlәdәn sәrnişin tәyyarәlәrindә) götürürdü. Buna cavab olaraq israillilәr FMH-yә birbaşa tәlәfat vermәk vә onları yerli әhalinin qarşısında gözdәn salmaq mәqsәdilә sәrhәdyanı dövlәtlәrin әrazilәrini atәşә tutur, hәrbi müdaxilәlәr hәyata keçirir, dünyanın müxtәlif dövlәtlәrindә fәlәstinli emissarları vә fәalları tәsviyә edirdilәr.

    1968–69 illәrdә FAT-ın rәhbәrliyi FMH-yә keçdi. Sonrakı illәrdә hәrbilәşdirilmiş tәşkilatların fәalları vә Y.Ərәfatın başçılığı altında “Fәth” FAT-ın kadr özәyini tәşkil etdilәr vә onun fәaliyyәtini milli şüarlar altında İsrailә qarşı silahlı mübarizәyә yönәltdilәr; bu iş FAT-ın açıq siyasi-diplomatik fәallığı ilә birlikdә hәyata keçirilirdi. 1969 ildә FAT çәrçivәsindә FMH-dәn olan qruplaşmalar üçün vahid komandanlıq yaradıldı, lakin daxili ziddiyyәtlәr sәbәbindәn onlar arasındakı qarşılıqlı әlaqәlәr formal xarakter daşıyırdı. Ərәfat vә “Fәth” FMH çәrçivәsindә mәrkәzi yerә malik olsalar da, onların digәr az-çox böyük tәşkilatlara tәsiri mәhdud idi. FMH-nin fәaliyyәtinә bәzi әrәb ölkәlәri, ilk növbәdә Suriya vә Liviya tәsir göstәrmәyә çalışırdı.

    İsrailә qarşı әn iri hәrbi әmәliyyatlar 1969–82 illәrdә Livan әrazisindәn hәyata keçirilmişdi. Livanda partizan dәstәlәri ilә yanaşı, hәmin dövrdә Ərәfatın rәhbәrliyi altına keçmiş vә sәrәncamında artilleriya vә zirehli texnika olan FAO-nun nizami hissәlәri yerlәşdirilmişdi. Bu ölkәdә şaxәlәnmiş hәrbi vә siyasi infrastruktur yaradılmış, FMH daxilindә koordinasiya tәkmillәşdirilmiş, yerli müsәlman vә solçu tәşkilatlarla qarşılıqlı fәaliyyәt qurulmuşdu. Fәlәstinlilәr İsrailin şimal rayonlarına vә sahilyanı әrazilәrinә reydlәr hәyata keçirirdilәr. İsrailin 1982 ildә Livana müdaxilәsindәn vә oradakı FAT şәbәkәsini mәhv etmәsindәn sonra fәlәstinlilәr İsrailә qarşı transsәrhәd әmәliyyatları üçün plasdarmdan mәhrum oldular vә FMH-nin hәrbi fәallığı xeyli zәiflәdi. FAT rәhbәrliyi Fәlәstin probleminin siyasi-diplomatik hәlli üzrә sәylәrini artırdı. 1983 ildә Livandan tәxliyә edilmiş FMH vә FAO dәstәlәri Tunisdә “Fәth”in vә Y.Ərәfatın rәhbәrliyi altında Fәlәstin milli azadlıq ordusunda (FMAO) birlәşdi. 1994 ildә Fәlәstin milli administrasiyasının yaradılmasından sonra FMAO-nun dәstәlәri onun güc strukturlarının әsasını tәşkil etdi.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
FEDİNQ – EMİN