Azərbaycan Milli Ensiklopediyası
IX CİLD (FEDİNQ - EMİN)
    FƏLƏSTİNLİLƏR

    FƏLƏSTİNLİLƏR, F ә l ә s t i n  ә r ә b l ә r i – Fәlәstinin әrәb әhalisi. Tәqr. 5 mln. nәfәr Fәlәstindә (Fәlәstin әrazilәrindә 4 mln. nәfәr, İsraildә 1 mln. nәfәr; bax hәmçinin İsrail әrәblәri), 3 mln. nәfәr İordaniyada, 0,6 mln. nәfәr Suriyada, 0,5 mln. nәfәr Livanda, 0,4 mln. nәfәr Sәudiyyә Ərәbistanında, 0,3 mln. nәfәr BƏƏ-dә, 0,3 mln. nәfәr Qәtәrdә yaşayır. Hәmçinin ABŞ (93,4 min nәfәr; 2010), Kanada (24 min nәfәr), Misir, Liviya, Küveyt, Yәmәn vә s. ölkәlәrdә yaşayırlar. Ümumi sayları tәqr. 10,4 mln. nәfәrdir (2012). Ərәb dilinin Fәlәstin-İordaniya dialektindә danışırlar. Dindarları, әsasәn, müsәlmanlardır, dürzilәr vә xristianlar (әsasәn, Qalileyada) da var.

     Fәlәstinli ailә. 1900–20 illәr.

    Oturaq F.-in әnәnәvi mәşğuliyyәti xış әkinçiliyi (arpa, durra), bağçılıq vә bostançılıq, bәdәvilәrin isә davar vә dәvә yetişdirilmәsidir. Ənәnәvi pambıq, kәtan, ipәk toxuculuğu, xovsuz xalça toxunması (Mәcd әl-Kurum, Nablus, әl-Xәlil, Qәzza vә s.), çәki çәkmә (әsasәn, qırmızı), qabarıq gülәbәtin vә qurama tikmә, dulusçuluq (Qüds, Ramallah, әl-Xәlil, Qәzza, Əkka, Nablus; әsasәn, qara vә qәhvәyi rәngli keramika; şirli qablar üzәrindә, әsasәn, qızılı-yaşıl çalarlarda naxışvurma inkişaf etmişdir), zәrgәrlik (döymә, minasazlıq, qarasavad, şәbәkә vә s. texnikası), sәdәfişlәmә, zeytun oduncağı üzәrindә oyma, şüşә istehsalı (әl-Xәlil; mavi, bәnövşәyi, yaşıl, sarı rәnglәr üstünlük tәşkil edir), döymә mis qablar istehsalı saxlanılmışdır. Oturaq F.-in әnәnәvi evlәri Levant tiplidir, kәnd mәskәnlәri, әsasәn, çay vadilәrindә vә dağ yamaclarında yerlәşir. Köçәrilәr keçi yunundan olan alaçıqlarda yaşayırlar. Kişi geyimlәri: köynәk, şalvar (sirval), xәlәt (qumbaz), kaftan (mitaf), papaq (tәkyә), baş yaylığıdır (kufiyyә). Qadınlar enli, yaxud ensiz qollu tunikayabәnzәr don (әl-Xәlildә, әsasәn, tünd-göy, Mәcd әl-Kurumda vә Vifleyemdә zolaqlı parçadan, tünd-göy vә ya qara mәxmәrdәn, köçәrilәrdә – qara rәngdә) geyinir, boyunbağı (kirdan), bilәrzik (muhәbbir, mubarim) vә xal-xal, yarımqiymәtli daş, yaxud rәngli şüşә ilә bәzәdilmiş hәmail (hicub) taxırlar. Açıq rәngli parçalardan tikilmiş gәlinliklәr (cilayә) [Beyt-Dәcәn k.-nin (Xolon ş.-ndәn ş.-dә indiki Beyt-Daqan qәs.) qırmızı rәngin müxtәlif çalarlarında zәngin tikmәlәrlә bәzәdilmiş cilayәlәri daha yüksәk qiymәtlәndirilir], üzәrinә qızıl vә gümüş sikkәlәr tikilmiş qırmızı ipәk parçadan olan, üstündәn qırmızı tikmәli ağ örpәk (şatveh) örtülәn papaqlar (vukayәt dәrahim) xüsusi gözәlliyi ilә seçilir. Ənәnәvi kәnddә qohum qrup (xamula) yaşayır. Böyük ailәlәr saxlanılmışdır, ortokuzen nikahlar yayılmışdır.

     Fәlәstinli qız әnәnәvi geyimdә.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
FEDİNQ – EMİN