Azərbaycan Milli Ensiklopediyası
IX CİLD (FEDİNQ - EMİN)
    FƏLSƏFƏ 

    FƏLSƏFƏ (әr. الفلسفة ; yun. φιλοσοφία – müdrikliyi sevmәk, φιλέω – sevmәk + σοφία – müdriklik sözlәrindәn) – tәdqiqat predmeti varlığın әn son sәciyyәlәri, insan vә dünyanın qarşılıqlı münasibәtlәri olan rasional-nәzәri tәfәkkür forması. Varlığın ilkin әsasları, hәqiqәtә yetişmәnin mümkünlüyü, xeyir vә gözәlliyin mahiyyәti, insanın mәnşәyi vә vәzifәsi, hәmçinin onun şәxsiyyәt kimi fәrdi mövcudluğunun mәnası haqqında mәsәlәlәr F.-nin tәdqiqat sahәsinә aiddir.

    Konkret elmlәr öz obyektlәrini öyrәnәrkәn hәmin elm üçün әhәmiyyәt daşımayan xüsusiyyәtlәri nәzәrә almadıqları halda, F. tәdqiq etdiyi obyektlәrin mahiyyәtinә nüfuz etmәyә çalışır. Bu tip dәrketmәnin şәrti hәm konkret elmlәrdә әldә edilәn vә sonradan F.-nin süzgәcindәn keçirilәn predmetli biliklәrә, hәm dә varlığın incәsәnәt, din, özünürefleksiya vә s. vasitәsilә reallaşdırılan dәyәr-ekzistensial dәrki formalarına әsaslanmaqdır. K.Yaspers “Fәlsәfәyә giriş”  әsәrindә yazır: “Fәlsәfә insana insan kimi aidiyyәti olan bütövlükdә varlıqla, hәmçinin peyda olduğu yerdә istәnilәn elmi idrakdan daha dәrinә nüfuz edәn hәqiqәtlә mәşğuldur. Hәrçәnd işlәnilmiş fәlsәfә elmlәrlә bağlı olsa da (o, elmlәri müәyyәn dövrdә çatdıqları inkişaf sәviyyәsi vәziyyәtindә nәzәrdәn keçirir), öz mәnasını başqa mәnbәdәn alır. O, insanın qәflәtdәn oyandığı yerdә hәr hansı elmdәn öncә meydana gәlir”.

    Bu, F.-dә daim özünü göstәrәn bir sıra daxili ziddiyyәtlәri doğurur. Bir tәrәfdәn, F.-dә hәmişә yüksәk abstrakt tәfәkkür sәviyyәsindә reallaşan mürәkkәb intellektual problematika vә onun mühakimәlәri mövcuddur. Digәr tәrәfdәn, F. hәm dә insanın özünә, başqa insanlara, dünyaya verdiyi vә ilk baxışdan sadә görünәn suallara da cavab verir ki, bu da onun әlçatan olması görüntüsünü yarada bilәr. Çox zaman mәhz sadә suallar mürәkkәb cavablar tәlәb edә bilәr, çünki onlar sadәcә mövcud biliklәr mәcmusuna әsaslanmır, düşüncәnin daimi çalışmasını tәlәb edir. K.Yaspersә görә, “fәlsәfi tәfәkkür hәr dәfә әn әvvәldәn başlamalıdır. Hәr insan onu müstәqil hәyata keçirmәlidir. Özü-özlüyündә insanın әzәldәn müdriklik etmәsinin heyrәtamiz işarәsi uşaqların sual vermәsidir”. F.-nin özәlliyi ondadır ki, o, tamamlanmış bilik sistemi, bir dәfә vә hәmişәlik әldә edilmiş müdriklik olmayıb, yalnız ona canatmadır, hәqiqәt axtarışında fasilәsiz tәfәkkür prosesidir.

    F. tarixi xüsusi әhәmiyyәtә malikdir. Konkret elmlәrin tarixi keçmiş dövrlәrdә hәmin elmlәrdә baş verәnlәri sadәcә qeydә alır vә onların müasir vәziyyәtini öyrәnmәk üçün әvvәlki inkişaf tarixini bilmәk heç dә önәmli deyil; onlardan fәrqli olaraq, F.-dә tam köhnәlmiş ideya olmadığı kimi, tam yeni ideya da yoxdur. Əgәr elmә nәzәrәn bәzi istisnalarla sonuncu elmi nәzәriyyәnin eyni zamanda әn hәqiqәtәuyğun olduğunu demәk mümkündürsә, F.-dә bütün әvvәlki tәlimlәri özündә ehtiva edәn hansısa әn yeni F.-ni göstәrmәk qeyri-mümkündür. F. artıq özünün mahiyyәti etibarilә vahid, hamı tәrәfindәn qәbul olunmuş biliklәr sistemi kimi çıxış edә bilmәz. O, daxilindә fәlsәfi hәqiqәtin müxtәlif dәrki yollarını müәyyәnlәşdirәn bir-birinә zidd konsepsiyaların toqquşduğu daim inkişafda olan bilikdir. F. özünün aktual mövcudluğu ilә müxtәlif dövrlәrdә yaşayan mütәfәkkirlәrin mәkan-zaman vә milli-mәdәni sәrhәdlәrin fövqündә duraraq bir-birilә apardıqları özünәmәxsus dialoqdur. Konsepsiyaların rәngarәngliyi, sәrt rәqabәtdә olan nәzәri alternativlәrin mövcudluğu F.-nin bu vә ya digәr tarixi dövrdә, hәr hansı sosial-mәdәni mühit daxilindә hәyatiliyini göstәrәn sabit vәziyyәtidir.

    İlk fәlsәfi tәlimlәr 2500 il әvvәl Hindistanda (bax Hindistan, Fәlsәfә bölmәsi), daha sonralar Çindә (bax Çin, Fәlsәfә bölmәsi) yaranmışdır. Qәdim Yunanıstanda F.-nin – Avropa mәdәniyyәti üçün bünövrә tәşkil edәn intellektual әnәnәnin yaranması e.ә. 7–6 әsrlәrdә yunan polislәrindәki sosiomәdәni vә siyasi faktorların unikal şәkildә qaynayıb-qarışması ilә bağlıdır (bax Qәdim Yunanıstan, Fәlsәfә bölmәsi). Bu proses әnәnәvi mәdәniyyәtin böhranına sәbәb oldu vә nәticәdә “mifdәn loqosa keçid” baş verdi, yәni insanlar dünya haqqında suallara hansısa әnәnәyә vә nüfuz sahibinә istinad etmәklә deyil, arqumentlәrә, yaxud sübutlara әsaslanmaqla cavab axtarmağa başladılar (F.-nin meydana gәlmәsi elmin yaranması ilә eyni dövrә tәsadüf edir, 19 әsrin әvvәllәrinә qәdәr “F.” vә “elm” çox vaxt sinonim anlayışlar kimi istifadә olunurdu). Belә arqument vә sübutlar F. çәrçivәsindә müstәqil mәna kәsb edir: “Biliyә hansısa fayda üçün deyil, anlamaq üçün can atmağa başladılar” (Aristotel). Bir neçә әsr әrzindә Yunanıstanda çoxsaylı müxtәlif fәlsәfi konsepsiyaların formalaşması ilә yanaşı, tәhsil institutları – fәlsәfi intellektual әnәnәnin saxlanmasını vә gәlәcәyә ötürülmәsini tәmin edәn fәlsәfә mәktәblәri (Afina Akademiyası, sofistlәrin mәktәblәri, Likey, Stoya) yaradıldı.

    Əsas fәlsәfi mәsәlәlәrin dairәsi vә onların dәrki üsulları F.-nin bütün mövcudluğu әrzindә hәm varisliyi, hәm dә fәlsәfi әnәnәnin diskretliyini formalaşdırmaqla dәyişikliyә uğrayırdı.

    F. tarixindә bu mәsәlәlәrin qoyuluşu vә müzakirәsi tipinә görә әhәmiyyәtli dәrәcәdә fәrqlәnәn 3 dövrü sxematik olaraq ayırmaq mümkündür: 1) antik dövrdә formalaşan vә varlıq problematikası ilә mәşğul olan klassik F.; 2) şüur problematikasını öyrәnәn Yeni Avropa F.-si; 3) dil problematikasını ehtiva edәn analitik F. (19 әsrin sonu – 20 әsr). Hәr sonrakı dövr özündәn әvvәlki problematikanı lәğv etmir, onu tamamlayır vә genişlәndirir.

    Klassik varlıq fәlsәfәsi. Klassik fәlsәfәnin әsas mәsәlәsi “hәqiqәtdә nә mövcuddur” mәsәlәsidir. İlk filosoflarda bu, tәbiәtin “başlanğıcına” (arxe) dair mәsәlәdir vә bu keyfiyyәtdә müxtәlif maddi elementlәr – “su”, “hava” vә s. (İoniya F.-si), pifaqorçuluqda “әdәd” qәbul edilir. Fәlsәfәçiliyin ilkin motivi mәhdud bilikdәn doğan tәәccübdür (Aristotel).

    Sokrataqәdәrki F. iki әsas müxalif qütbü – düşünülәn, dәyişmәz vә hәrәkәtsiz hәqiqi varlıqla (Parmeniddә tәfәkkürlә varlığın eyniyyәti tezisi) insanın müşahidә etdiyi aldadıcı dәyişkәn alәmi qarşı-qarşıya qoyurdu. Heraklit tәrәfindәn bunların әksinә söylәnmiş varlığın daimi hәrәkәtliliyi (“әbәdi yaşar, tәdricәn alovlanan vә tәdricәn sönәn” kosmos) haqqında tezis sonrakı nәzәriyyәlәrdә varlığa dair daha çox diferensiasiyaya uğramış tәlimlәrә daxil edilirdi. Antik dövrün әsas fәlsәfi konsepsiyalarının müәlliflәri olan Platon, Aristotel, Plotin varlığın sәviyyә iyerarxiyasını vә müvafiq olaraq, onların müxtәlif dәrkolunma sәviyyәlәrini qәbul edirdilәr: bu iyerarxiyanın daha aşağı, insanın hissi qavrayışı üçün әlçatan olan sәviyyәlәrindә hәm dә Heraklitin hәrәkәtli alәmi mövcuddur, lakin o, bilik deyil, “mülahizә” sferasıdır. Nәyinsә mövcud olması (varlıq – είναι) bil- gisi hәm dә onun nәdәn ibarәt olmasının (mahiyyәt – ούσία) dәrki demәkdir. Platonda bu cür mahiyyәtlәr әdәdlәrlә birlikdә müstәqil varlıq sahәsini tәşkil edәn ideyalar (eydoslar) idi; filosof, hәmçinin xeyirә can atan istәnilәn insan canı hәmin varlıq sahәsini seyr etmәyә sәy göstәrir.

    Platon hәr cür varlığın dәrkolunmaz mәnbәyi kimi “xeyir”, yaxud Vahid haqqında konsepsiyanı işlәmiş, Plotin isә onu tәsvirolunmaz “ilahi” ilk başlanğıcla qovuşma tәcrübәsi haqqında tәlimindә inkişaf etdirmişdir; bu konsepsiya xristianlıqda vә islamda apofatik ilahiyyatşünaslığa mühüm tәsir göstәrmiş vә Avropanın bütün fәlsәfә әnәnәsindә mistik tәlimlәrin (Y.Böme, F.V.Şellinqin son dövr yaradıcılığındakı konsepsiya) mәnbәyi olmuşdur. Alәmin vahid başlanğıcının paradoksal tәbiәtinә dair oxşar ehtimallar digәr dini-fәlsәfi әnәnәlәrdә, mәs., hinduizmdә dә mövcuddur.

    Aristoteldә varlığın iyerarxiya strukturunda “ikinci fәlsәfә” (“fizika”, yәni tәbiәt haqqında tәlim) vә sonralar metafizika (“fizikanın ardınca gәlәn”) adlandırılan “birinci fәlsәfә” fәrqlәndirilir. Onun predmeti “ilk başlanğıclar vә sәbәblәr”dir, eyni zamanda, o, “ilahilik haqqında elm”, yaxud teologiyadır. Stoiklәrdә F.-nin mәntiqә, fizikaya vә etikaya bölgüsü sabitlәşir.

    Varlıq vә bu varlığın dәrki klassik F.-dә bir-birilә әlaqәli verilir, varlığın hәr sәviyyәsinә xüsusi idrak tipi uyğun gәlir. Platon vә Aristotel iki әsas idrak metodunu formulә etmişlәr: empirik tәcrübәdәn asılı olmayan aprior vә bu tәcrübәyә әsaslanan aposterior. Aprior metod belә bir düşüncәyә әsaslanır ki, varlığın yüksәk sәviyyәlәri (ideyalar) haqqında biliklәr varlığın aşağı sәviyyәlәri haqqında biliklәr әsasında әldә edilә bilmәdiyinә görә, o, hissi tәcrübәdәn uzaqlaşmağı vә öz daxilinә müraciәt etmәni (Platonda anamnesis, yәni canın ideyalar alәmindәki mövcudiyyәti zamanı gördüklәrini “xatırlama”sı) nәzәrdә tutur. Aristotelin aposterior metodunda idrak hissi qavrayışda verilmiş “bizim üçün ilk”dәn, tәkdәn başlayır vә tәcrübәyә әsaslanaraq, “tәbiәtinә görә ilk”ә, yәni ümumi vә zәruri olan ilk başlanğıclara vә sәbәblәrә doğru gedir. Bu gedişin metodu “yönәltmә”dir (induksiya); Aristotelin işlәyib hazırladığı digәr metod sillogik sübut (bax Sillogistika), yaxud mәntiq metodudur.

    Platonizm әnәnәsindә F. hәm ölümsüz ruhun azadolması kimi nәzәrdәn keçirilәn ölümә hazırlıq yolu olaraq, hәm dә dövlәt idarәçiliyi vәzifәlәrinin hәllindә öz praktiki rolu ilә sıx bağlı olan nәzәri bilikdir. Platonun sofistlәrlә polemikası F.-dә 21 әsrәdәk әsas mövzulardan biri olan relyativizm haqqında çoxәsrlik diskussiyanın başlanğıcını qoydu. Arsitoteldә fәlsәfi bilik insanın davranış sahәsinә şamil edilmir, etikanın mәqsәdi “idrak yox, әmәllәr”dir. Platonun hәqiqi bilik sahibi olan filosofun hakimiyyәti idealına qarşı Aristotel şüurlu sağlam düşüncә ilә dövlәt idarәçiliyi ideyasını qoyur.

    Xristianlığın, daha sonra islam dininin meydana gәlmәsi ilә antik klassik F.-nin problematikası ilahiyyatşünaslıqda yenidәn nәzәrdәn keçirilsә dә, onun әsas cәhәti olan varlıq vә idrakın iyerarxik strukturu haqqında tәsәvvür qorunub saxlandı. İlahiyyatşünaslıq etiqad predmeti olan fövqәlşüuri Vәhy hәqiqәtlәrini formulә edirsә, F. bütün şeylәrin mahiyyәti, ilk sәbәbi vә mәqsәdi kimi Mütlәq haqqında şüur üçün әlçatan olan tәsәvvürlәri aşkarlayır (Aristotelin “birinci” F.-sinә uyğun gәlәn bu tip dini F. sxolastika dövründә “tәbii teologiya” adını almışdı). Ümumi anlayışların – universalilәrin ontoloji statusu haqqında bütün orta әsrlәr F.-sindә davam edәn mübahisәdә bu problemin hәlli ilә bağlı 3 cәrәyan formalaşdı: realizm, nominalizmkonseptualizm (fәlsәfi diskussiyalarda bu müzakirәlәr 21 әsrәdәk davam edir, mәs., riyaziyyatın fәlsәfi әsaslandırılması mәsәlәsi). İdraka aprior vә aposterior yanaşmaların qarşıdurması Allahın varlığının sübutu strategiyasının seçimindә özünü göstәrdi: Platonun davamçılarında (AvqustinAnselm Kenterberili) ontoloji sübutlar, Aristotelin davamçılarında (Foma Akvinalı vә b.) isә tәcrübә sahәsindәn doğan kosmoloji, yaxud digәr sübut tiplәri üstünlük qazandı.

    Kafedral vә monastır mәktәblәri (Şartr mәktәbi, Sen-Viktor mәktәbi vә b.) Qәrb orta әsrlәr F.-sinin formalaşmasında әhәmiyyәtli rol oynadı. F.-nin antik fәlsәfә mәktәblәrindә tәşәkkül tapmış tәhsil qaydası 11 әsrdәn etibarәn orta әsrlәrin bir çox böyük filosoflarının dәrs dediyi universitetlәrin institusional çәrçivәsindә bәrpa edildi. Lakin 14 әsrdәn başlayaraq fәlsәfi hәyatın mәrkәzi kimi universitetlәrin әhәmiyyәti tәdricәn azaldı vә İntibah dövründә, hәmçinin erkәn Yeni dövrdә F.-nin әsas institusional mövcudluq forması patronaj sistemi, onun tәcәssümü isә özünә varlı himayәçi axtaran vә elm sahәsindә özәl formada çalışan alim oldu.

    Yeni Avropa şüur fәlsәfәsi. Şüur F.-si- nin әsas mәsәlәsi “Mәn nәyi bilmәyә qadirәm?” (İ.Kantsualıdır. Şüur F.-sinin yaranması Avropa cәmiyyәtinin mәrkәzi fiquru fәrd, muxtar insan şәxsiyyәti olan modern sivilizasiyasına keçidi ilә bağlıdır. Reformasiya hәrәkatı vә dini münaqişәlәr dünya haqqında ümumi tәsәvvürlәri dini nüfuz әsasında әldә etmәyin mümkünlüyünü şübhә altına aldı. Yeni tәbiyyatşünaslıq ilk dövrdә Allahı dәrketmәnin alternativ yolu, birmәnalı olmayan müqәddәs mәtnlәrin mübahisәli şәrhlәrinә deyil, tәbiәtә – Allahın özü tәrәfindәn yazılmış vә birmәnalı hәqiqәtdәn ibarәt kitaba әsaslanan yol kimi çıxış edir. Şüurlu Yaradıcı tәrәfindәn yaradılmış tәbiәtin vәhdәti haqqında tәsәvvür varlığın keyfiyyәt iyerarxiyası haqqında klassik modeldәn imtina ilә nәticәlәndi. Homogen tәbiәtin vahid riyazi (Q.Qaliley), hәndәsi (R.Dekart) dillә tәsviri mümkün oldu ki, bunun nümunәsindә (more geometrico) dә B.Spinozanın fәlsәfi sistemi vә T.Hobbsun siyasi fәlsәfәsi quruldu.

    Fәlsәfәçiliyin ilkin motivi varlığın bir-başa dәrkinin mümkünlüyünә şübhәdir. Şübhәni son dәrәcә radikallaşdıran R.Dekart düşünmә aktının özündә ilkin hәqiqәtәuyğun prinsipi әldә edir – “cogito erqo sum” (“düşünürәm, demәli mövcudam”). Biliyin “aydınlığı vә dәqiqliyi”nә nail olunması Dekartın analitik-sintetik metodunun ilk qaydasına çevrilir. F.-nin şübhәsiz vә hәqiqi başlanğıcdan intişar tapması modelinә әsaslanan Dekarta görә, “bütün fәlsәfә kökü metafizika, gövdәsi fizika, bu gövdәdәn çıxan budaqları isә digәr elmlәr olan ağac kimidir...” F.-nin bu cür quruluş modeli G.V.F.Hegelә qәdәr öz әhәmiyyәtini saxlasa da, sübutların alınması üsulu – hәndәsi aksiomatika (B.Spinoza), kateqoriyalar deduksiyası (İ.Q.Fixte), dialektik mәntiq (Hegel) ilә fәrqlәnirdi. Karteziançılığın nümayәndәlәri ilә İ.Nyuton tәrәfdarları arasındakı mübahisәdә biliyin bu cür sistematik düzülüşü modeli öz müddәalarını ilk başlanğıclar vә sәbәblәrlә әsaslandırmaqdan imtina edәn Yeni Avropa elminin tәmayüllәri ilә ziddiyyәt tәşkil edirdi. Nyutonun “mәn hipotezlәr uydurmuram” tezisinin mәnası müşahidә olunan tәbiәt hadisәlәri arasında funksional-riyazi münasibәtlәrin müәyyәnlәşdirilmәsi ilә elmin öz-özünü mәhdudlaşdırmasıdır; sonralar pozitivizmdә möhkәmlәnmiş bu tәmayül son nәticәdә hәr şeyi ehtiva edәn fәlsәfi sistemlәrdәn imtinaya gәtirib çıxarmışdır.

    Şüur F.-sindә varlığın sәviyyәlәri haqqında klassik problematika idrakın hәqiqәtәuyğunluğunun dәrәcәlәri vә onun hüdudları problematikası ilә әvәzlәnir vә İ.Kant fәlsәfәsinin (neokantçılıqda “idrak nәzәriyyәsi” adlanır) mәrkәzindә mәhz bu mәsәlәnin tәdqiqi durur. Karteziançılığın “cogito” prinsipinә görә, hәqiqәtәuyğun idrak sahәsi kimi şüurun öz sahәsi çıxış edir, rasionalizm vә empirizm nümayәndәlәri arasındakı әsas diskussiya isә şüurun mәzmununun mәnşәyi vә bu mәzmunun xarici alәmә uyğunluğu problemi ilә bağlı idi. Kant mümkün tәcrübәnin şәrti olan hissiyyatın vә tәfәkkürün aprior formaları haqqında tәlimindә elmi idrakın obyektiv mәnasını bu tәcrübә sahәsi ilә mәhdudlaşdırır, onun hüdudlarından kәnara çıxan metafizika mәsәlәlәri (canın ölmәzliyi, iradә azadlığı, bütövlükdә dünyanın mәnşәyi, Allahın mövcudluğu) isә elmi cavabını ala bilmir. Kant elmi idrakın konstruktivist modelinin banisidir: dünya bizdәn asılı olmadan mövcud olsa da, biz onu yalnız dәrk edәn subyektin konstruksiya etdiyi dәrәcәdә idrak edirik.

    Klassik F.-dә predmetin vәhdәtinin vә dәrk olunmasının mәnbәyi kimi müstәqil ontoloji prinsip olan “forma” (bax Formamateriya), ideya, Tәk çıxış edirsә, şüur F.-sindә belә mәnbә “mәn”, R.Dekart tәrәfindәn әn hәqiqәtәuyğun varlıq kimi müәyyәnlәşdirilәn subyektivlikdir. Vәhdәt mәnbәyinin subyektivlәşdirilmәsi Kant fәlsәfәsindә sistematik bitkinlik qazanır; belә ki, burada özünüdәrk tәcrübәsindә verilmiş empirik “mәn”dәn әlavә, transsendent “mәn” anlayışı tәtbiq edilir ki, “onun sayәsindә seyretmәdә verilmiş bütün rәngarәnglik obyekt haqqında anlayışda birlәşir”. Eyni zamanda, empirik “mәn”dәn fәrqli olaraq, transsendent “mәn” hәr hansı mәzmunlu keyfiyyәtlәrlә dәrkolunmazdır vә buna görә klassik fәlsәfәdәki Tәkin bәzi parodoksal xüsusiyyәtlәri ilә eynidir.

    Kantın “Mәn nә etmәliyәm?” vә “Mәn nәyә ümid bәslәyә bilәrәm?” suallarına cavab axtaran praktiki fәlsәfәsindә elm, әxlaq vә din arasında qarşılıqlı münasibәtlәrin müasir mәdәniyyәt üçün standart anlamı formulә edilir: insanın әxlaqi vә dini әqidәsi elmin sәlahiyyәt sahәsinә daxil deyil vә Aristotel kimi, Kant üçün dә әxlaq mәsәlәlәri rasional müzakirә vә arqumentlәşdirmә sahәsi olsa da, bu rasionallıq elmi-nәzәri rasionallıqla üst-üstә düşmür.

    Kant F.-sinin bir sıra mәhdudiyyәtini aradan qaldıran alman klassik F.-sinin sonrakı mәrhәlәsindә subyektin şüurunda Mütlәq mәqam aşkarlanır ki, bu da mütlәq biliyә vә onun tamamlanmış sistem formasında ifadәsinә iddia edәn sistemlәrin qurulması üçün imkanlar açır.

    R.Dekartın formulә etdiyi can ilә bәdәnin qarşılıqlı münasibәtlәrindәki psixofiziki problem hәmin dövrdәn başlayaraq müasir diskussiyalarda müxtәlif versiyalara qәdәr çoxlu şәrhlәr (o cümlәdәn neyroelmdәki tәdqiqatlara әsaslanan) qazandı (bax Şüur fәlsәfәsi).

    Şüur F.-si 20 әsrin әvvәllәrindә E.Husserlin fenomenologiyasında yeni impuls aldı. F.Brentanonun intensionallıq (“predmetә istiqamәtlәnmә”) haqqında anlayışını şüurun baza strukturu kimi әxz etmiş Husserl dünyanı qavramağımız üçün әsas olan vә ümummahiyyәt sәciyyәsi daşıyan şüurun mәna strukturlarını tәdqiqat predmeti etmişdir.

    İlk dövrdә patronaj sistemi (maarifçi monarx yanında filosof) çәrçivәsindә formalaşan Yeni Avropa F.-sinin institusional mövqeyinin dәyişmәsi 17–18 әsrlәrdә universitetә alternativ olaraq elmlәr akademiyası institutunun formalaşması ilә sıx bağlıdır. Lakin 18 әsrdә baş vermiş islahatlar F.-nin tәdricәn universitetlәr çәrçivәsindә lokallaşması ilә nәticәlәndi (X. fon Volfun mәktәbi, İ.Kant). 18–19 әsrlәrin ayrıcında Fransa vә Almaniyada aparılmış radikal islahatlar nәticәsindә artıq 19 әsrdә elmlәr akademiyaları öz әhәmiyyәtini itirdi (Fransa vә Rusiya istisna olmaqla). K.V. fon Humboldt tәrәfindәn İ.Q.Fixtenin, F.Şleyermaxerin vә b.-nın әsәrlәrindәn istifadә etmәklә hazırlanmış prinsiplәrә әsaslanan “tәdqiqat universiteti” modeli daha mәhsuldar oldu. İlk dövrdә yeni un-tin fәlsәfә fakültәsi elmi biliyin bütün mәcmusunu ehtiva edirdi, 19 әsrin sonlarında müstәqil elmi fәnlәrin institusional ayrılması prosesi başladı. Peşәkar F. ilә yanaşı, geniş kütlәlәrә ünvanlanmış vә çox vaxt әdәbi formada ifadә olunan populyar F.-nin müxtәlif formaları mövcuddur.

    Analitik dil fәlsәfәsi. Analitik fәlsәfә 20 әsrin humanitar elmlәrindә genişmiqyaslı “linqvistik dönüş”ün bünövrәsini tәşkil edir. “Mәn dildә nәyi anlaya vә ifadә edә bilәrәm?” onun әsas sualı, anlaşılmazlıq isә ilkin çıxış motividir. Analitik F. özünü proqramlı şәkildә şüur F.-sinә qarşı qoyur: “özәl” introspektiv şüur tәcrübәsindәn fәrqli olaraq, mәhz ilkin intersubyektiv mәnasına görә dil burada fәlsәfi problematikanın mediumu qismindә çıxış edir. Analitik F. şüurdakı tәsәvvürlәrin deyil, düşüncәlәrin korrelyatı kimi dildәki cümlәlәrin aydınlığına vә dәqiqliyinә nail olmağa
    çalışır: “Fәlsәfәnin mәqsәdi düşüncәlәrin mәntiqi aydınlaşdırılmasıdır” (L.Vitgenşteyn), bu zaman bir çox fәlsәfi problemlәr dil sәhvlәri kimi nәzәrdәn keçirilir. İdrak hüdudları problematikası düşüncәnin anlaşıqlı, başa düşülәn şәkildә ifadә olunması problemi kimi yenidәn formulә edilir: Kant fәlsәfәsindә idrakın sәrhәdlәri mümkün tәcrübә sahәsi ilә mәhdudlaşırdısa, Vitgenşteynin fәlsәfәsindә dilin sәrhәdlәri ilә mәhdudlaşır: “mәnim dilimin sәrhәdlәri mәnim dünyamın sәrhәdlәri demәkdir”, dildә mәnalı şәkildә ifadә edilә bilmәyәn şeylәr haqqında “susmaq lazımdır”.

    Analitik F.-nin sonrakı inkişafında – L.Vitgenşteynin son dövr yaradıcılığında dilin normativ tәnqidindәn onun istifadәsinin faktiki üsullarının tәhlilinә, gündәlik dil praktikasına keçid baş verir (“hәyati dünya”ya müvafiq dönüş fenomenologiyada da mövcuddur). Dilin vә onun modellәrinin tәhlilinin müxtәlif formaları, hәmçinin dil istifadәsinin faktiki tәcrübәlәrinin öyrәnilmәsi müasir elmi tәdqiqatlar sahәsindә bütün sosial-humanitar cәrәyanların standart metodoloji elementidir.

    Müasir fәlsәfә: әsas cәrәyanlar vә fәnlәr. 19 әsrin әvvәllәrinә qәdәr F. özü- nün inteqrasiyaedici bilik sistemi – elmi idrakın prinsiplәri, imkanları vә sәrhәdlәrinin sonadәk әsaslandırılmasını ehtiva edәn sistem rolunu qoruyub saxlayırdı. Lakin elmlәrin daha F. tәrәfindәn nәzәri legitimlәşmә tәlәb etmәyәn sürәtli inkişaf prosesi, elmi biliyin ixtisaslaşması vә çoxalan elmi fәnlәrin institusional ayrılması F.-nin elmlәrlә münasibәtlәrinin yenidәn qurulmasını zәruri etdi. Belә ki, elmlәrin sәrhәdlәri, metodları vә anlayış aparatı pozitivizm, neokantçılıq, neopozitivizm vә digәr yanaşma çәrçivәlәrindә formalaşan elm fәlsәfәsinin tәhlil predmetinә çevrildi. Müstәqil fәlsәfi fәnn vә cәrәyan kimi ilkin sistematik vәhdәt daxilindәn 18 әsrin sonlarında estetika, hüquq F.-si, 19–20 әsrlәrdә sosial F., fәlsәfi hermenevtika [ilk dövrdә mәdәniyyәtin tarixi tәdqiqi vә
    humanitar biliyin, tәbiyyatşünaslıq yanaşmalarından (“izahetmә”) fәrqli olaraq, spesifik metodlarının әsaslandırılması proqramı (“anlamaq”) kimi], texnika fәlsәfәsi 20 әsrdә mәdәniyyәt fәlsәfәsi, fәlsәfi antropologiya, riyaziyyat F.-si, tәhsil F.-si vә s. ayrıldı. 19 әsrin sonlarından dini fәlsәfәnin әhәmiyyәtli yenilәnmәsi (neosxolastikanın müxtәlif cәrәyanları) baş verdi.

    Postmetafizik mәrhәlәdә insan varlığı fәlsәfi fikrin mәrkәzinә çevrilir (hәyat fәlsәfәsiekzistensializm vә s.). “Şübhә fәlsәfәsi”ndә (P.Rikör) – K.Marksda, F.Nitsşedә, Z.Freyddә subyektin öz-özü üçün aşkar xarakteri şübhә altına alınır, onun şüuru sosial strukturlardan, yaxud qeyri-şüurilikdәn yaranma kimi nәzәrdәn keçirilir.

    Fәlsәfә tarixi xüsusi fәnn kimi. 18–19 әsrlәrdә F. әsas tәdqiqat predmetlәrindәn biri kimi öz tarixinә müraciәt etdi. İ.Y.Brukerin çoxcildlik әsәrlәri (“Fәlsәfә tarixindәn qısa suallar”, 1731–36) xüsusi fәnn qismindә F. tarixinin әsasını qoydu. Bu fәnn müxtәlif şәrh tәcrübәlәrindә öz “nәzəriyyәsi vә metodologiyası”nı (V.Q.Tenneman, 1798), “fәlsәfi sistemlәrin müqayisәli tarixi”ni (J.M.Dejerando, 1804), “fәlsәfә tarixinin tarixi”ni (F.A.Karus, 1809) ehtiva edirdi. Hegel özündәn әvvәlki mәrhәlәlәri daha inkişaf etmiş konkret bütöv daxilindә saxlayan düşüncәnin yüksәlәn hәrәkәti kimi tarixi-fәlsәfi prosesin sistematik konsepsiyasını yaratdı. İ.Erdmanın (1805–92), K.Fişerin, F.İberveqin vә b.-nın әsәrlәrindә fundamental F. tarixlәri yaradıldı, tarixi-fәlsәfi tәdqiqatların metodoloji prinsiplәri (E.Seller) formulә edildi. F.Şlegel, sonralar isә V.Diltey tәrәfindәn irәli sürülmüş “fәlsәfәnin fәlsәfәsi” ideyası müxtәlif fәlsәfi sistem vә tipologiyalarda reallaşdırıldı. 19–20 әsrlәrin bir çox sistematik cәrәyanı “geriyә” Platona vә Aristotelә doğru (F.A.Trendelenburq), Foma Akvinalıya doğru (neotomizm), Kanta doğru (neokantçılıq), Hegelә doğru (neohegelçilik) vә b. şüarlar altında inkişaf edirdi. 20 әsrdә fәlsәfә konsepsiyalarının çoxu üçün tarixi aspekt әsas amil sayılır, F. tarixi isә yeni metodlarla – hermenevtik yanaşma, tarixi semantika, problemlәr vә anlayışlar tarixi (İ.Ritterin “Fәlsәfә tarixi lüğәti”, 1971– 2007) ilә zәnginlәşirdi. F. tarixinin metodologiyası tәhsil doksoqrafiyasından әlavә 2 әsas tipi ehtiva edir: problemlәrin tarixәn yaranmasından vә inkişafından asılı olmadan onların sistematik müzakirәsi vә tarixi konteksti nәzәrә almaqla öyrәnilmәsi. Fәlsәfi biliyin sosiologiyası, institusional F. tarixi vә s. bu kimi xüsusi tәdqiqat proqramları formalaşır.

    Mәdәniyyәtlәrarası әlaqәlәrin inkişaf etmәsi ilә 19 әsrdәn başlayaraq tәdricәn Çin, hind vә b. qeyri-Avropa sivilizasiyalarındakı fәlsәfi әnәnәnin öyrәnilmәsi prosesi gedir. O, hәm Avropa F. әnәnәsi ilә qarşılıqlı fәaliyyәt vә resepsiya gedişindә, hәm dә bu mәdәniyyәtlәrin dini vә dünyagörüşü irsindәn fәlsәfi problematikanın ayrılması yolu ilә baş verir. Bununla әlaqәdar 20 әsrin әvvәllәrindә fәlsәfi komparativistika (P.Masson-Urselin “Müqayisәli fәlsәfә”si, 1923) yaranmışdır.

    Müsәlman Şәrqindә fәlsәfi fikrin inkişafına dair әtraflı mәlumat üçün bax İslam fәlsәfәsi mәqalәsinә.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
FEDİNQ – EMİN