Azərbaycan Milli Ensiklopediyası
IX CİLD (FEDİNQ - EMİN)
    FƏLSƏFİ ANTROPOLOGİYA 

    FƏLSƏFİ ANTROPOLOGİYA – geniş mәnada insan tәbiәti (mahiyyәti) haqqında tәlim, dar mәnada 20 әsr alman fәlsәfәsindә cәrәyan.

    İnsanın tәbiәti, mәnşәyi vә vәzifәsi, onun dünyada yeri haqqında mәsәlә fәlsәfi düşüncә tarixindә әsas problemlәrdәndir. Qәdim Çin, hind, yunan fәlsәfәlәrindә insan kosmosun, varlığın (“tәbiәt”) hansısa vahid fövqәlzaman “nizam” vә “quruluşu”-nun bir hissәsi, Kainatın, makrokosmosun (o da öz növbәsindә antropomorf – canlı orqanizm kimi qәbul edilir; bax Mikrokosmosmakrokosmos) rәmzi vә inikası olan “kiçik dünya”, mikrokosm (Demokrit) kimi düşünülür. İnsan özündә kosmosun bütün әsas elementlәrini (stixiyalarını) daşıyır, vahid reallığın iki aspekti (aristotelizm) kimi nәzәrdәn keçirilәn bәdәn vә candan (bәdәn, can, ruh), yaxud iki müxtәlif növlü substansiyadan (platonizm) ibarәtdir. Canların bәdәndәn-bәdәnә köçmәsi – reinkarnasiya haqqında hind fәlsәfәsi tәlimindә canlı varlıqlar (bitkilәr, heyvanlar, insanlar, allahlar) arasında sәrhәd sabit deyil; lakin öz karma qanunu – sansara ilә empirik mövcudluğun buxovundan “qurtulma”ya canatma yalnız insana xasdır. Vedantaya görә, insanın spesifik başlanğıcını özünün daxili mahiyyәti ilә ümumi ruhani başlanğıc Brahmanla eyni olan atman (can, ruh, “öz”, subyekt) tәşkil edir. Aristotel fәlsәfәsindә bütünlükdә antik fәlsәfә üçün müәyyәnlәşdirici olan tәsәvvür – insanın ruha, şüura (sensitiv vә vegetativ candan fәrqli olaraq “şüurlu can”) vә ictimai hәyat qabiliyyәtinә malik canlı varlıq kimi anlamı öz әksini tapmışdır.

    Xristianlıqda işlәtdiyi günaha görә daxilәn ikiyә bölünmüş “Allahın obrazı vә oxşarı” olan insan haqqında Bibliya tәsәvvürü İsa Mәsihin şәxsiyyәtindә İlahi vә insan tәbiәtinin birlәşmәsi vә buna görә hәr insanın İlahi xeyrә qovuşmasının mümkünlüyü haqqında tәlimlә qaynayıb-qarışmışdır (xristian әnәnәsindә “fövqәlinsan” – lat. “superhumanus” termini istifadә olunur).

    İnsanın әqli vә ruhi-mәnәvi qabiliyyәtlәrinә görә әn üstün varlıq kimi sәciyyәlәndirildiyi Quran tәliminә әsaslanan islam fәlsәfәsi insanı torpaq-zülmәt (“süfli”) vә sәmavi-nurani (“ülvi”) başlanğıcların vәhdәti olan, buna görә dә özündә bütün Kainatı ehtiva edә bilәn vә bütün müqәddәs atributları daşıyan әşrәfi-mәxluqat kimi qәbul edir, onun vәzifәsini isә dünyaya gәldiyi zaman özü ilә gәtirdiyi ilkin saflığı fәrdi vә ictimai hәyatda itirmәmәk, bununla da öz fitrәtini davamlı olaraq tәkrar gerçәklәşdirmәk vә Kainatla bütünlәşәrәk özündәn “kamil insan” yetişdirmәk kimi müәyyәnlәşdirir.

    İntibah dövrü insanın muxtariyyәti, onun hüdudsuz yaradıcılıq imkanları pafo- su ilә sәciyyәlәnir (C.Pikodella Mirandola vә b.). R.Dekartın tәfәkkür haqqında insan mövcudluğunun yeganә hәqiqәtәuyğun isbatı kimi tәsәvvürü (“düşünürәm, demәli mövcudam”) insanın spesifik özәlliyini, onun mahiyyәtini mәhz ağılda, tәfәkkürdә görәn Yeni Avropa rasionalizminin әsasını tәşkil etdi (“şüurlu insan” – lat. “Homo sapiens” K.Linneyin bioloji tәsnifatına daxil edilmişdir). Can vә bәdәndәn ibarәt karteziançı dualizm uzun illәr әrzindә antropoloji problematikanı müәyyәnlәşdirdi (bax hәmçinin Psixofiziki problem). Burada bәdәn avtomat, insanla heyvanda eyni olan maşın (J.Lametrinin “İnsan-maşın” proqram әsәri) kimi nәzәrdәn keçirilir, can isә şüurla eynilәşdirilirdi. B.Franklin insanı “әmәk alәtlәri istehsal edәn heyvan” kimi müәyyәnlәşdirirdi.

    İ.Kantda “İnsan nәdir?” sualı fәlsәfәnin әsas mәsәlәsidir. İnsanın iki fәrqli alәmә – tәbii zәrurәtә vә mәnәvi azadlığa mәxsus varlıq kimi dualist anlamından çıxış edәn Kant antropologiyanı “fizioloji” vә “praqmatik” baxımdan ayırır: birincisi “...tәbiәtin insanla nә etdiyini...” öyrәnir, ikincisi isә “...o, azad hәrәkәt edәn varlıq kimi öz- özü ilә nә edir, yaxud edә bilәr vә etmәlidir” sualına cavab verir.

    18 әsrin sonu – 19 әsrin әvvәllәri alman fәlsәfәsindә 17–18 әsrlәrin karteziançı rasionalizmindәn vә sensualist empirizmindәn uzaqlaşmaqla, insana İntibah dövrü üçün sәciyyәvi olan canlı bütövlük kimi baxış tәrzinә qayıdış baş verdi (İ.Q.Herderİ.V.Göte, romantizm naturfәlsәfәsi). Herder insanı “tәbiәtin ilk sәrbәst buraxdığı” varlıq adlandırır: onun hissiyyat orqanları vә bәdәn tәşkili heyvanlardan fәrqli olaraq ixtisaslaşmayıb, daha çox qeyri-müәyyәndir ki, bu da onun spesifik üstünlüyünü tәşkil edir: o, mәdәniyyәt yaratmaqla öz-özünü formalaşdırmalıdır. Herder, romantiklәr vә G.V.F.Hegel insan mövcudluğunun tarixiliyi ideyasını inkişaf etdirirdilәr (Novalis tarixi “tәtbiqi antropologiya” adlandırırdı). Alman klassik fәlsәfәsi üçün insana mәdәniyyәt dünyasını yaradan ruhi fәaliyyәt subyekti kimi, ümumәhәmiyyәtli şüurun, ümumi ideal başlanğıcın – ruhun, şüurun daşıyıcısı kimi baxış sәciyyәvidir. Alman idealizminin bu ideyaları ilә qarşıdurma şәraitindә L.Feyerbax fәlsәfәnin istiqamәtini dәyişәrәk, onun mәrkәzinә ilk növbәdә hissi-maddi varlıq kimi, öz konkretliyi ilә “mәn” vә “sәn”in canlı görüşü kimi anlaşılan insanı qoydu. K.Marksın sosial-fәlsәfi nәzәriyyәsindә ictimai praktika, “maddi hәyatın istehsal üsulu” anlayışı insanın başa düşülmәsindә mәrkәzi amilә çevrildi, insanın mahiyyәti isә “bütün ictimai münasibәtlәrin mәcmusu” kimi müәyyәnlәşdirildi.

    19–20 әsrlәrin insan haqqında irrasionalist kosnsepsiyalarında düşüncәdәnkәnar qabiliyyәtlәr vә qüvvәlәr (hiss, iradә vә s.) üstünlük qazandı. F.Nitsşeyә görә, insan şüur vә ağılla deyil, hәyati qüvvәlәr vә istәklәrlә müәyyәnlәşir. S.Kyerkeqor insanın “özünü doğurduğu” iradi aktı, bilavasitә tәbii varlıq olan fәrdi ruhi varlığa – şәxsiyyәtә çevirәn seçim aktını ön plana çıxarır. Personalizmekzistensializmdәki insan konsepsiyaları üçün mәrkәzi mövqeyә malik şәxsiyyәt probleminә görә, insan hәr hansı “varlığa” (bioloji, psixoloji, sosial, ruhi) müncәr edilә bilmәz. Ekzistensializm vә personalizm tәbii vә  sosial bütövün bir hissәsi kimi fәrdilik anlayışını bәnzәrsiz ruhi özünümüәyyәnlәşdirmә (“ekzistensiya”) olan şәxsiyyәtә qarşı qoyur.

    Hәyat fәlsәfәsi (V.Diltey) vә E.Husserl fenomenologiyasının ideyaları F.a.-nın 1920–70-ci illәr alman fәlsәfәsindә daha çox M.Şeler, H.Plesner, A.Gelen, hәmçinin E.Rothaker, İsveçrә bioloqu A.Portman vә b.-nın adları ilә bağlı olan xüsusi cәrәyan kimi yaranması üçün çıxış bazası, insan haqqında әnәnәvi tәsәvvürlәrin böhranı isә ilkin şәrtlәri oldu (Şelerin insan anlamının şәrhindә bir-birilә bağlı olmayan üç әnәnәnin – ilahiyyatşünaslıq, fәlsәfә vә tәbiyyatşünaslıq әnәnәsinin mövcudluğu haqqında sәciyyәvi fikri). Bu zaman fәrdi insan mövcudluğunun mәnasını aydınlaşdırmaq üçün problemi araşdıran ekzistensializmdәn fәrqli olaraq, F.a. insan varlığı sferasının spesifik xüsusiyyәtlәrini 19 әsrin sonu – 20 әsrin әvvәllәrindә ayrı-ayrı konkret elmlәr (biologiya, psixologiya, etnologiya, sosio- logiya vә s.) tәrәfindәn insan haqqında әldә edilmiş çoxcәhәtli әşyәvi biliklәrin işlәnilmәsi vә şәrhi yolu ilә üzә çıxarmağa çalışırdı. Onun diqqәt mәrkәzindә insanın vә heyvanların mövcudluq üsulundakı mahiyyәt fәrqi dayanır: bioloji tәlabatın tәzyiqindәn azadolma, “özünüdәrk” vә bununla bağlı olan әtraf mühitdәn vә öz istәklәrindәn “mәsafә saxlamaq” bacarığı (insan – “hәyat asketi”), dünyaya münasibәtdә obyektiv “predmetlik” (Şeler); insanın dünyadakı “ekssentrik vәziyyәti”, onun mövcudluğun bilavasitәliyindәn daim çıxması (Plesner); insanın plastikliyinin önşәrti kimi onun somatik tәşkilinin “yetәrsizliyi”, “sabitlәşmәmәsi” (Portman: digәr mәmәlilәrin doğularkәn olduğu inkişaf sәviyyәsinә insan yalnız hәyatının ilk ilinin sonuna yaxın çatır, başqa heyvanlarda “bәtndaxili” gedәn inkişaf proseslәri insanda xarici dünya ilә fәrdi tәmaslar şәraitindә hәyata keçir), belә ki, onun özlüyündә mövcudluğu yalnız dünyanın fәal dәyişdirilmәsi sayәsindә mümkün olur: Amerika praqmatizmi ruhunda çıxış edәn Gelen mәdәniyyәtyaratma prosesindә insanın “fәaliyyәti”ni onun anlaşılmasında müәyyәnlәşdirici cәhәt sayırdı. Rothakerin “mәdәniyyәt antropologiyası” konsepsiyası Gelenin ideyalarına yaxındır: burada insan ilk növbәdә mәdәniyyәtlә müәyyәnlәşәn, “mәdәniyyәti yaradan vә mәdәniyyәtin yaratdığı” (M.Landman) varlıq kimi nәzәrdәn keçirilir. E.Kassirerin neokantçılıqdan çıxmış fәlsәfәsindә insan spesifik ifadә formalarının – rәmzi mәdәniyyәt sistemlәrinin yaradıcısı, “rәmzi heyvan” kimi sәciyyәlәnir.

    M.Haydeggerin “fundamental ontologiya” kimi formulә etdiyi insan fәlsәfәsi F.a.-nın özünәmәxsus alternativi kimi çıxış edir: insan burada varlıqla ayrılmaz әlaqәdә, öz varlığı vә ümumәn “varlıq hәqiqәti” ilә “qayğılanan” mövcudolan kimi nәzәrdәn keçirilir (insan – “varlığın çobanıdır”). Ekzistensializmdә insan varlığının spesifik ölçüsü “mümkünlük”dür: insan özü özünü nәyә çevirirsә, odur (J.P.Sartr); şәxsiyyәtlәrarası münasibәtlәrdә, “mәn” vә “sәn”in qarşılıqlı ünsiyyәtindә Başqanın әsas rolu vurğulanır (M.Buberin “dialoji fәlsәfәsi”, E.Levinas, Q.Marsel vә b.-nın konsepsiyaları).

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
FEDİNQ – EMİN