FƏNA (Mirzə Rəhim Mirzə Məhəmmədbağır oğlunun təxəllüsü; 1841, Şuşa - 11.2.1931, Бakı) - Azərb. şairi. “Məclisi-üns” ədəbi məclisinin təşkilatçılarından olmuşdur. Əvvəllər “Aşiq”, sonralar “Fəna” təxəllüsü ilə Azərb. və fars dillərində qəzəl, rübai, qəsidə, məsnivi, təcnis və s. formalarda lirik şeirlər yazmışdır. Şeirlərinin çoxu itmişdir. “Tarixi-cədidi-Qarabağ” (“Qarabağın yeni tarixi”) adlı əsəsrin müəllifidir. İrsinin bir hissəsi AMEA-nın Əlyazmalar İn-tunda saxlanılır.
Ə s ə r l ə r i: Şeirlər. “Poetik məclislər” kitabın- da. Б., 1987.