Azərbaycan Milli Ensiklopediyası
IX CİLD (FEDİNQ - EMİN)
    FƏRD 

    FƏRD (әr. الفرد), individ – identikliyinә xәlәl gәlmәdәn bölünmәsi qeyri-mümkün olan tәk varlıq; mәs., Demokritin atomları, canlı varlıqlar – bitkilәr, heyvanlar vә insanlar, hәmçinin can.

    Aristotelә görә, F. “bu”dur, τόδη τι, “ilkin mahiyyәt”dir, “cins-növ-fәrd” zәncirindә sonuncu halqadır; cins vә növ ümumi anlayışlardır, F. isә, onlardan fәrqli olaraq, müstәqil mahiyyәtdir; onun cins vә növdәn ontoloji üstünlüyü dә mәhz bundadır. F.-in barmaqla göstәrilә bilәn olması onun әn mühüm әlamәtidir. Aristotel hesab edirdi ki, riyaziyyat, fizika vә metafizikada olduğu kimi tәrif vә sübut vasitәsilә F. haqqında elmi bilik әldә etmәk qeyri-mümkündür. F.-lәrin sayı sonsuzdur. Platona vә Aristotelә görә, sonsuzluq haqqında heç bir bilik ola bilmәz, çünki ağıl sonsuzluğu ehtiva edә bilmir. F.-lәr forma vә materiyadan ibarәtdir. F.-lәrin dәrkedilmәzliyi onlarda materiyanın, qeyri-müәyyәn vә dәyişkәn başlanğıcın – fәrdilәşmә prinsipinin olması ilә әlaqәdardır. İsa Mәsihin özündә Allahı vә insanı birlәşdirmәsi haqqında ehkama әsaslanan vә fәrdi insan canının ölümsüzlüyündәn çıxış edәn Avqustinin gәldiyi qәnaәtә görә, fәrdilәşmәnin başlanğıcı materiya deyil, candır. Canın tarixinin saxlancı olan yaddaşda insanın dәruni hәyatını vә onun başqalarından fәrqini müәyyәn edәn özünәmәxsus tәcrübәsi tәcәssüm edir.

    13–14 әsrlәrdә aristotelizmin mәnimsәnilmәsindәn sonra Avropa sxolastikasında fәrdilәşmә problemi mәrkәzi mövzulardan biri oldu. F.-ә “özündә bölünmәyәn, lakin başqalarından ayrı olan” kimi tәrif verәn Foma Akvinalı ikinci, yaxud “göstәrilәn” materiyanı (materia secunda sive signata) fәrdilәşmәnin prinsipi hesab edirdi. Duns Skot “varlığın sonuncu reallığı” (ultima realitas entis) kimi özünün forması sayәsindә bölünmәz növ olaraq ümumi tәbiәtdәn hasil edilәn “bu olmaqlıq” (haecceitas) fәrdi müәyyәnlik anlayışını (mәs., Platonun “platonluğu”) irәli sürürdü. Aristotelin “ilkin mahiyyәt” haqqında tәliminә әsaslanan 14 әsr nominalistlәri tәsbit edirdilәr ki, yalnız Allahın iradәsi ilә yaranmış F.-lәr real olaraq mövcuddur. Ümumi tәsәvvürlәr isә ikinci dәrәcәli törәmәlәr, ayrı-ayrı şeylәrin tәkrar canlanmalarıdır vә bütün yaradılışların әbәdi proobrazı kimi heç Allahın da ağlında yoxdur. Nominalizmә xas empirizm dә buradan qaynaqlanır: real mövcud olan, yәni fәrdi olan yalnız tәcrübә vasitәsilә açılır. Mәhz ağıl üçün әlçatmaz olan vә F.-in “bu olması”nı, onun substansiyasını tәşkil edәn dә Allahın yaradıcı aktının mәhsuludur; nәinki insana xas şüurlu can, ümumilikdә böcәkdәn filә qәdәr hәr bir F. Yaradan tәrәfindәn xәlq edilmiş möcüzәdir. Orta әsrlәrdә F.-in dәrkolunmazlığı haqqında antik nәzәriyyә belә başa düşülürdü: F. “ifadәolunmaz”dır (“individuum est ineffabile”).

    Son orta әsrlәr, xüsusilә İntibah dövründә F. mövzusunun әhәmiyyәti artdı. Nikolay Kuzalı yazırdı ki, vahid olan Allahın bәnzәri olmadığı kimi, onun sayәsindә ümumilikdә dünya, daha sonra növlәr vә F.-lәr dә tәkrarolunmazdır.

    Yeni Avropa fәlsәfәsindә F. mövzusu Q.V.Leybnitsin monadologiyasında (fәrdi substansiyaların çoxluğu haqqında tәlimdә) ön plana çıxdı. Başlıca әlamәtlәri tamlıq, bölünmәzlik, özünәmәxsusluq vә vahidlik olan, vәhdәtin fәrdiliyini bildirәn monada anlayışını Leybnits F.Suares, N.Kuzalı vә C.Brunodan әxz etmişdi. Leybnits monadanı atomdan fәrqlәndirirdi: monada fiziki deyil, metafizikdir, qeyri-maddi atomdur, monadada fәrdi şәkildә bütün kainat tәmsil olunur, o mikrokosmosdur. Leybnits monadalarının fәrdilәşmә prinsipi materiya deyil, forma olduğundan (Foma Akvinalıya görә, mәlәklәrdә olduğu kimi), onlar anlayışlar ilә dәrkolunandır, lakin belә fәrdi anlayışlara yalnız Allah qadirdir.

    F.-in dәrkolunmazlığı haqqında nәzәriyyәnin kәskin dәrinlәşmәsi İ.Kantın real mövcud olan, lakin idrak üçün әlçatmaz olan “özündә şey” tәlimindә baş verdi. O, F.-i mәntiqi-ontoloji baxımdan daha çox mәnәvi-tәcrübi baxımdan nәzәrdәn keçirirdi; bu әnәnә 18 әsrin sonu – 19 әsr fәlsәfәsindә hakim oldu. Kanta görә, ağlın dәrk etdiyi dünya “öz-özlüyündә şeylәr kimi ağıllı varlıqlar”ın, yәni onlardan hәr birinin öz fәrdi qabiliyyәtlәrini mәnәvi qanuna tabe etdirdiyi qәdәr azad olan F.-lәrin sәltәnәtidir. İ.Q.Fixte F. haqqında düşüncәlәrindә Kantın özünütәyinetmә ideyasına әsaslanırdı: özünü tәbii yox, azad olaraq ayıran F. öz-özünü doğurur. Lakin ağıl ümuminin prinsipi olduğundan, Fixteyә görә, vahid olan mәnәvi qanun kimi ümumidәn çıxarılmalıdır.

    Romantiklәr Kant-Fixte baxışını qәbul etmirdilәr. Fәrdiliyin yalnız insanlar arasındakı zahiri fәrq kimi izahı ilә razılaşmayan F. Şleyermaxer insanda tәbii, hissi başlanğıcın dәyәrini müdafiә edirdi. Leybnitsdәn fәrqli olaraq, romantiklәr fәrdiliyin dәyәrini onun prinsipial natamamlığında görür- dülәr. F. “fraqmentdir” (F.Şlegel), fasilәsiz tәşәkküldür; V. fon Humboldta görә, fәrdiliyin sirrindә insan tәbiәtinin mahiyyәti vә taleyi gizlәnir. G.V.F.Hegel F. vә fәrdilik probleminә ikili yanaşırdı: bir tәrәfdәn fәrdi şәxsi ruhun yalnız xristianlıqda mütlәq dәyәr qazandığını vurğulayır, digәr tәrәfdәn tәsdiq edirdi ki, F. ümumi olanın – kainat ruhunun içәrisindә itәn kiçik kәmiyyәtdir.

    19–20 әsrlәrdә F. ictimai tamın bir cәhәti kimi nәzәrdәn keçirilirdi. F.-in sosiosentrik dәrkinin ilkin zәmini artıq alman idealizmindә, ilk növbәdә Hegeldә formalaşmış, öz zirvәsinә isә O.Kont, H.Spenser, K.Marks, E.Dürkheym vә b.-nda çatmışdı. Ümuminin içәrisindә әrimәyә qarşı “tәkin üsyanı” artıq 19 әsrdә başlamışdı: S.Kyerkeqor protestant teologiyası mövqeyindәn, F.Nitsşe hәyat fәlsәfәsinin yeni bütpәrәst naturalizmi mövqeyindәn F.-i müdafiә edirdilәr. Kyerkeqor fәrdi varlıq olan insan ekzistensiyasının köklәrini transsendent Allaha bağlayır, bu zaman etiqad aktının, F.-in özünü ilahi niyyәtә uyğun gerçәklәşdirә bilmәsi üçün yeganә vasitә olan mәsuliyyәtli dәruni seçimin әhәmiyyәtini vurğulayırdı. Nitsşe isә F.-i heç nәyә müncәr edilmәyәn tәbii varlıq kimi görürdü: F. öz-özünü yaradır vә tәsdiq edir, o öz üzәrindә istәr Allah, istәr әxlaqi dәyәrlәr, istәrsә dә sosial qanunlar olsun, heç bir ali başlanğıca malik deyil.

    H.Rikkertә görә, geniş mәnada F. hәr bir tәk vә xüsusi gerçәkliyi ifadә edir. Yeni kantçılığın Baden mәktәbi üçün yalnız fәrdi olan realdır; tәbiyyat-elmi biliyi fәrdidәn tәcrid olunmaqla tәbiәtin ümumi qanunlarını üzә çıxarır, buna görә dә onun konstruksiyaları gerçәkliyi dәrk etmәyә imkan ver- mir. M.Şeler insanı onun ilkin fәrdi tәyinatı prizmasından nәzәrdәn keçirir; mәhz bu tәyinatda F.-in dünyanın xilası planındakı yeri, onun bir şәxsiyyәt kimi unikal rolu әksini tapır. Analitik fәlsәfәdә bazis anlayışları problemi ayrı-ayrı obyektlәrin (F.-lәrin) vә şüur vәziyyәtlәrinin eynilәşdirilmәsinin şәrtlәri kimi P.Strosonun “Fәrdlәr. Deskriptiv metafizikaya tәşәbbüs” (“Individuals. An essay in descriptive metaphysics”, 1959) kitabında nәzәrdәn keçirilmişdir.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
FEDİNQ – EMİN