FƏRD, ə d ə b i y y a t d a - Үахт və Orta Şərq, о cümlədən Azərb. ədəbiyyatında bir beytdən ibarət müstəqil lirik şeir. Dərin mənalı, bədii cəhətdən mükəmməl F.-lər çox vaxt bədahətən söylənilir; müəllifi məlum olmadıqda, təzkirə və çünglərdə “laədri” (anonim) qeydi ilə verilir. Sədi, Ə.Nəvai, М.Füzuli, Ү.Nabi və b.-nın F.-ləri var.