Azərbaycan Milli Ensiklopediyası
IX CİLD (FEDİNQ - EMİN)
    FƏRDİ PSİXOLOGİYA

    FƏRDİ PSİXOLOGİYA – Z.Freydin psixoanalizinә alternativ olaraq 1910–20-ci illәrdә A.Adlerin yaratdığı dәrin psixologiya cәrәyanı. Şüursuzluğun insan hәyatında müәyyәnedici rolunu qәbul edәn F.p. diqqәti şәxsiyyәtin bütövlüyünә vә vәhdәtinә, şüuri vә qeyri-şüuri proseslәr arasında parçalanmanın olmamasına çәkir. F.p.-nın mәrkәzi anlayışı insanda artıq 3–4 yaşından onun mühitdәki fәal hәrәkәtlәri, tәcrübә vә sәhvlәri әsasında formalaşan hәyat tәrzidir. Hәyat tәrzinә bioloji vә xüsusilә sosial amillәr, o cümlәdәn ailәdәki münasibәtlәr (mәs., bacı vә qardaşlar ilә) tәsir göstәrir. F.p.-nın onu psixoanalizdәn fәrqlәndirәn әsas ideyalarına hәmçinin insanın davranışının mәqsәdyönlülüyü, hәr bir kәsin özü hәll etmәli olduğu 3 hәyati mәsәlә (peşә seçimi, dostluq vә kooperasiya, әks cins ilә münasibәt) vә insanın motivasiyasında özünütәsdiqin aparıcı roluna dair müddәalar daxildir.

    F.p.-nın әsas әmәli tәtbiqlәrindәn biri – psixoterapiya vә konsultasiyadır. F.p. tәrbiyәyә, sosial sapmaların profilaktikasına, ailә münasibәtlәrinә geniş diqqәt ayırır. 1920–30-cu illәrdә A.Adlerin Avstriyada yaratdığı fәrdi-psixoloji konsultasiyalar şәbәkәsi özündә psixoterapevtik vә pedaqoji yanaşmaları birlәşdirirdi; bu üsul başqa ölkәlәrdә dә yayılmışdı. R.Dreykurs, H.Ansbaxer, Y.Ratner F.p.-nın görkәmli nümayәndәlәri olmuşlar. F.p.-nın Avstriya, Almaniya, İsveçrә vә ABŞ-da böyük cәmiyyәtlәri var.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
FEDİNQ – EMİN