FƏRƏC Alfred (14.6.1929, Əz-Zarazir - 4.12.2005, London; İsgəndəriyyədə dəfn olunmuşdur) - Misir dramaturqu. Mənşəcə qibtidir. Bələdiyyə məmurunun ailəsində doğulmuşdur. İsgəndəriyyə Un-tinin filologiya fakültəsini bitirdikdən (1952) sonra müəllim işləmiş, 1955 ildən ədəbi tənqidçi kimi çıxış etmişdir. 1960 ildən Misirin Mədəniyyət Hazirliyində, 1971 ildən Qahirədə Komediya Teatrının direktoru işləmişdir. Ədəbi debütü “Misirin səsi” (1956) pyesi olmuşdur. “Fironun süqutu” (1957), “Süleyman əl-Hələbi” (1965) tarixi pyeslərinin müəllifidir. Folklor süjetləri əsasında (“Bağdad bərbəri,” 1964 və s.), həmçinin sadə xalqın həyatını əks etdirən, yüksək vətənpərvərlik ruhunda yazılmış, “Polis və oğrular” (1966), “Boşanma şəhadətnaməsində nikah qeydiyyatı” (1972) və s. pyesləri F.-ə geniş şöhrət qazandırmışdır.