FƏRƏCOV Ədalәt Nurulla oğlu (d.15.4.1936, Masallı r-nunun Kürdәbaz k.) – Azәrb. fizioloqu. Biologiya e.d. (1990), prof. (1991). 1963 ildә Azәrb. Dövlәt Pedaqoji İn-tunu bitirmişdir. 1967 ildәn hәmin in-tun fiziologiya kafedrasında müәllim, dosent vә prof., 1989–94 illәrdә un-tin hәrbi vә fiziki hazırlıq fakültәsinin dekanı işlәmişdir. 1994 ildәn fiziologiya kafedrasının müdiri olmuşdur. Tәdqiqatları postnatal ontogenezdә neyromediator tәbiәtli maddәlәrin baş beyindә gedәn metabolizmә vә müxtәlif müddәtli qida deprivasiyasının hәmin maddәlәrә göstәrdiyi tәsirә aiddir. Kәskin xroniki alkoqolizmin orqanizmdә metabolizmә tәsirinin, hәmçinin tiroksinin metabolizmә tәsirinin postnatal ontogenezdә sinir toxumasının müxtәlif tәşkil sәviyyәlәrindә tәdqiqi ilә mәşğul olmuşdur. Kadr hazırlığında xidmәti var. Kembric Un-tinin qızıl medalı ilә tәltif olunmuşdur. 250-yәdәk elmi әsәrin, o cümlәdәn dәrslik vә dәrs vәsaitlәrinin müәllifidir.