FƏRƏCOV Fәrid Əliqulu oğlu (23.6.1927, Bakı – 19.4.2000, Bakı) – Azәrb. iqtisadçısı, iqtisad e.d. (1974), prof. (1974). Azәrb. SSR әmәkdar iqtisadçısı (1972). Azәrb. Xalq. Tәsәrrüfatı İn-tunu bitirmişdir (1949). Azәrb. EA-nda elmi işçi, Dövlәt Plan Komitәsi yanında Elmi Tәdqiqat İqtisadiyyat İn-tunda direktor (1976–81), Dövlәt İqtisadiyyat vә Plan Komitәsindә sәdr müavini (1981–1993), Azәrb. İqtisadiyyat Nazirliyinin İqtisadi İslahatlar Mәrkәzindә (1993–2000) müxtәlif vәzifәlәrdә çalışmışdır. Tәdqiqatları sәnaye istehsalının sәmәrәliliyi, elmi-texniki tәrәqqini şәrtlәndirәn amillәr vә regional sәnayenin struktur xüsusiyyәtlәrinә aiddir. 80-әdәk elmi әsәrin, o cümlәdәn monoqrafiyanın müәllifidir. Elmi kadrların hazırlanmasında xidmәti olmuşdur.