FƏRƏH (فراه) – Əfqanıstanın c.-q.-indә şәhәr. Fәrәh әyalәtinin inz. m. Əh. 47,7 min (2015). Fәrәhrud çayı vadisindәdir. K.t. r-nunun (dәnli bitkilәr) ticarәt mәrkәzidir. Aeroport var.
Makedoniyalı İsgәndәr tәrәfindәn tikilmiş F. qalası Herat vә Qәndәhar arasında yerlәşirdi. Arşakilәr dövründә F. regionun mühüm şәhәrlәrindәn biri, 5 әsrdә Sasanilәr dövlәtinin ş.-indә әsas istehkam olmuşdur.