Azərbaycan Milli Ensiklopediyası
IX CİLD (FEDİNQ - EMİN)
    FƏRƏHANİ 

    FƏRƏHANİ (فراهانئ, əsl adı Mirzə Sadıq xan) (22.7.1860, Sultanabad, Kazeran k. - 21.2.1917, Tehran) - İran şairi və jurnalisti. Ərəb dili və ədəbiyyatı, tarix, fəlsəfə, riyaziyyat, astronomiya ilə yanaşı Avropa ədəbiyyatı ilə də yaxından tanış olmuşdur. 1874 ildə Tehrana köçmüş, Qafqaza və Xarəzmə səyahət etmişdir. Əvvəlcə “Pərvanə”, sonralar isə “Əmiri” təxəllüsü ilə şeirlər yazmışdır. 1898 ildə Məzəffərəddin şah tərəfindən ona “ədib ül-məmalik” adı verilmişdir. “Ədəb” (1898, Təbriz; sonra Məşhəddə), “İrşad” qəzetinin farsca əlavəsini (1905, Bakı), “İraqi əcəm” (1907, Tehran) və s. qəzetləri buraxmışdır. Vətən mövzusunda yazdığı qəsidələrdə xalqı azadlıq və məşrutə uğrunda mübarizəyə, həmçinin gənc şairləri yeni mövzular axtarmağa və xalqın anlaya biləcəyi dildə şeirlər yazmağa səsləmişdir. F.-nin 25 min beytlik divanı ölümündən sonra, 1932 ildə nəşr olunmuşdur.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
FEDİNQ – EMİN