FƏRƏHRÚD – Əfqanıstanda, İran yaylasının ş.-indә çay. Uz. 580 km, hövzәsinin sah. tәqr. 33 min km2. Bәndi-Bayan d-rının c. әtәklәrindәn başlanır, yuxarı vә orta axınında Orta Əfqanıstan d-rından, aşağı axınında Sistan düzәnliyindәn keçәrәk Hәmun axarsız göllәr sisteminә tökülür. Yazda bolsuludur, payızda daşqınlar olur, yayda aşağlarda quruyur. Suvarmada istifadә edilir. Fәrәh ş. F. çayı vadisindәdir.