FƏRƏZDƏQ, əl-Fərəzdəq (الفرزدق) Əbu Firas Həmmam ibn Qalib (təqr. 641, Yəmmamə - 728-732 illər arasında, Bəsrə) - ərəb şairi. Ərəb poeziyasında qəsidə şeir formasının yaradıcılarından biridir. Dövrünün tanınmış adamlarına həsr etdiyi mədhiyyələri var. Yaradıcılığına islamaqədərki poeziya ənənələrinin təsiri olmuşdur. Lirik şeirləri, fəxriyyələri, Cərir ibn Ətiyyəyə (“Nəqaiz Cərir və əl-Fərəzdəq”, Leyden, 1912) və b.-na yazdığı həcvləri məşhurdur.
Ə s ə r i: Стихи. В кн.: Арабская поэзия средних веков. М., 1975.