FƏRHADOV Fərhad Qulam oğlu (27.9. 1919, indiki Erm. Resp. Eçmiədzin r-nunun Rəncbər k. - 2.7.2001, Bakı) - Azərb. ədəbiyyatşünası, folklorşünas. Fi- lologiya e.d. (1968), prof. (1970). Azərb. Dövlət Pedaqoji İn-tunu (1941) bitirmişdir. 1980-2001 illərdə həmin in-tun filologiya fakültəsinin dekanı, Azərb. ədəbiyyatının tədrisi metodikası kafedrasının müdiri, prof.-u vəzifələrində çalışmışdır. Tədqiqatları qədim və orta əsrlər Azərb. ədəbyyatına, uşaq və şifahi xalq ədəbiyyatlarına həsr olunmuşdur. “Koroğlu” dastanını əsərin müxtəlif versiya və variantları əsasında müqayisəli tədqiq etmişdir.
Ə s ə r l ə r i: Klassik Azərbaycan ədəbiyyatında tarixilik prinsipi. B., 1982; “Из “Кёроглу”. Б., 1984.