Azərbaycan Milli Ensiklopediyası
IX CİLD (FEDİNQ - EMİN)
    FƏRİBÜRZ I 

    FƏRİBÜRZ I (? – tәqr. 1096) – Kәsranilәr sülalәsindәn şirvanşah [1063–96]. Salar ibn Yәzidin oğludur. Atasının sağlığından dövlәti idarә edirdi. I F.-ün dövründә Şәddadilәrin (1063–64) vә Sәlcuqilәrin (1066) dәfәlәrlә Şirvana basqınları oldu. I F. hәr dәfә xeyli xәrac vermәklә, müxtәlif diplomatik vasitәlәrlә Şirvanın müstәqilliyini qorudu; bu zaman I F.-ün çәtin vәziyyәtdә qalmasından istifadә edәn Kaxeti çarı II Aqsartan [1058–84] Şәkini tutdu. 1067 ildә Arranda Sәlcuq sultanı Alp Arslanın [1063–72] yanına qiymәtli hәdiyyәlәrlә gәlәn I F. onun vassalı oldu. 1068 ildә I F. Dәrbәndi tutub onun idarәçiliyini oğlu Əfriduna tapşırdı. Dәrbәndlilәrin şikayәtinә görә Alp Arslan I F.-ü hәbs etsә dә, tezliklә onu hәr il çoxlu xәrac ödәmәk şәrtilә azadlığa buraxdı. Alp Arslan Azәrb.-ı tәrk etdikdәn sonra I F. qısa müddәtdә Arran, Muğan vә Beylәqanı, hәmçinin Dağıstanın bir hissәsini әlә keçirdi; oğlu Əfridunu yenidәn müstәqil hakim kimi Dәrbәndә göndәrdi (1071). 1078/79 ildә sultan Mәlikşah [1072–92] Azәrb.-a gәldikdә ildә 70 min dinar (sonralar bu rәqәm 40 minә endirildi) xәrac müqabilindә I F.-ün asılılığını qәbul etdi. Mәlikşahın ölümündәn sonra I F. sәlcuqların asılılığından çıxaraq ölkәni tam müstәqil idarә etmәyә başladı.

    Bakının İçәrişәhәr әrazisindәki Sınıqqala mәscidi I F.-ün әmri ilә tikilmişdir. Şamaxıda I F.-ün adı ilә bağlı 1078/79 ilә aid kitabә qalmışdır. Onun adına zәrb edilmiş gümüş sikkәlәr tapılmışdır. Xaqaninin bir mәdhiyyәsindә adı çәkilir.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
FEDİNQ – EMİN