FƏRİBÜRZ II (? – 1204) – Kәsranilәr sülalәsindәn şirvanşah [1200/01–04]. II Əfridunun oğludur. Adından zәrb olunan sikkәlәrdә “әl-adil”, “cәmal әd-dünya vә-ddin” lәqәblәrinin, “şirvanşah” titulunun hәkk edilmәsi II F.-ün müstәqil siyasәt apardığını sübut edir. II F. xarici siyasi hadisәlәrdәn, elәcә dә qohumluq münasibәtlәrindә olduğu gürcülәrlә ittifaqdan bәhrәlәnәrәk Sәlcuqilәrin vә Eldәnizlәrin ali hakimiyyәtini tanımaqdan imtina etmişdi.