Azərbaycan Milli Ensiklopediyası
IX CİLD (FEDİNQ - EMİN)
    FƏRQANƏ 

    FƏRQANƏ – Orta Asiyada tarixi vilayәt. Şm.-q.-dә Qurama vә Çatkal, şm.-ş.-dә Fәrqanә, c.-da Türküstan vә Alay dağ silsilәlәri arasında Fәrqanә vadisindә yerlәşir. “F.” adının Herodotun qeyd etdiyi pari-kanilәr tayfasının adından, yaxud soğdilәrin “pargana”, “pragana” (“kiçik vilayәt”) sözündәn götürüldüyü vә s. versiyalar var.

    F.-nin c. hissәsi Son Paleolit dövründәn mәskunlaşmışdır. Mezolit dövrü Obişir mәdәniyyәti, Neolit dövrü isә Hissar mәdәniyyәti ilә tәmsil olunur. E.ә. 2-ci minilliyin ikinci yarısında formalaşmış Çust mәdәniyyәti üçün şәhәr (o cümlәdәn iri) vә kәnd yerlәri; yarımqazmalar vә çiy kәrpicdәn tikililәr; tunctökmә istehsalı, tunc alәtlәrin yerli tiplәri, naxışlı keramika; suvarma әkinçiliyi, maldarlıq sәciyyәvidir. Süleyman d.-nın әtәyindә yerlәşәn daş tikililәrdәn ibarәt terraslı iri mәskәn (indiki Oş ş.) regionun dini mәrkәzi (qәdim dağ kultu – qayaüstü rәsmlәr, mağara, dağın әtәyindәki sitayiş bulaqları) hesab edilir. F.-nin c.-q. hissәsindә e.ә. 14–8 әsrlәrdә Çust mәdәniyyәti elementlәrinin müşahidә olunduğu, әsasәn, maldarlara mәxsus Qayraqqum mәdәniyyәti formalaşmışdı.

    E.ә. 7–6 әsrlәrdә, әsasәn, öndağlıqlarda sak-massaget mәdәniyyәtlәri dairәsinә, vadidә isә Eylatan-Aktam mәdәniyyәtinә mәnsub abidәlәr yayılmışdı. E.ә. 1-ci minilliyin sonlarında Böyük ipәk yolu üstündә Çin mәnbәlәrindәn mәlum olan Davan dövlәti meydana gәlmişdir. Davan dövlәtinin paytaxtı Erşi ş. Mәrhәmәt şәhәr yeri, Yu ş. isә Şurabaşatla eynilәşdirilir. Bu dairәyә mәnsub abidәlәr Kuqay-Qarabulaq mәdәniyyәti (eramızın 7 әsrinәdәk) kimi müәyyәnlәşdirilir vә qalalar, qәsrlәr, o cümlәdәn möhkәmlәndirilmiş kәnd malikanәlәri (Kayraqaç vә s.); әkinçilәrlә (torpaq qәbirlәr) vә, әsasәn, maldarlarla [çappa quyular, katakombalar, öndağlıqlarda daş sәrdabalar (qorumlar), vadidә çiy kәrpicdәn sәrdabalar] әlaqәlәndirilәn mәzarlıqlarla tәmsil olunur.

    6 әsrin ikinci yarısından F. Türk xaqanlığının, sonra isә Göytürk xaqanlığının tәrkibindә idi. 7 әsrdәn әhalinin türklәşmәsi (keramika üzәrindә qәdim türk runi yazıları, daş heykәllәr, atla dәfn adәti) prosesi sürәtlәndi. 7 әsrin ikinci yarısından (xüsusilә 8 әsrin әvvәllәrindә) әvvәlcә aqrar әhalinin xeyli artması, sonralar isә әrәb istilası ilә bağlı soğdilәrin F.-yә axını başladı. 714 ildә F.-nin çox hissәsi әrәblәr tәrәfindәn tutuldu. Sonralar F. formal olaraq Xilafәtin tәrkibindә idi, әhali isә islamı qәbul etdi. 810-cu illәrdәn Samanilәrin, 10 әsrin sonlarından Qaraxanilәrin tәrkibindә olmuşdur. F.-nin, o cümlәdәn Uzgen, Axsikat (Axsikәnd) kimi iri şәhәrlәrin çiçәklәnmәsi, Şah Fazilin mәqbәrәsi әtrafında memarlıq kompleksinin yaradılması 10 әsr – 12 әsrin әvvәllәrinә aid edilir. 13 әsrin әvvәllәrindә F. Çingiz xanın qoşunları tәrәfindәn tutulmuşdur. 1370 ilәdәk Cağatay ulusunun tәrkibindә idi. Sonralar Böyük Moğollar sülalәsinin banisi, Əndicanda doğulmuş Baburun mәnsub olduğu Teymurilәrin, 16 әsrdә Şeybanilәrin hakimiyyәti altında olmuşdur. 18–19 әsrlәrdә F. Kokand xanlığının mәrkәzi idi. 1876 ildә Fәrqanә vil. kimi Rusiya imperiyasına qatılmışdır. 1918–24 illәrdә Türküstan MSSR-ә daxil idi. 1924 il oktyabrın 27-dә milli-әrazi mәrzlәnmәsi nәticәsindә Fәrqanә vil. Qara-Qırğız MV (sonralar Qırğızıstan SSR) vә Özbәkistan SSR arasında bölünmüşdür. 1929 ildә Tacikistanın Özbәkistan SSRtәrkibindәn ayrılmasından sonra vadinin c. hissәsi Tacikistan SSR-in tәrkibinә keçmişdir.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
FEDİNQ – EMİN