FƏRQANƏ HADİSƏLƏRİ (1989) – SSRİ-dә yenidәnqurma dövründә baş vermiş kütlәvi iğtişaşlardan biri; Özb.-ın Fәrqanә vadisindә may-iyun aylarında özbәklәr vә Mәshәti (Ahısk a) türklәri arasında etnik qarşıdurma. Özb.-da yerli әhali ilә buraya 1944 ildә zorla köçürülmüş Mәshәti türklәri arasında illәr boyu heç bir münaqişә baş vermәmişdi. 1980-ci illәrin ikinci yarısında Özb.-da başlamış milli hәrәkat antirus xarakteri daşıyırdı. Hәmin dövrdә M.Qorbaçovun “yenidәnqurma” siyasәtinin doğurduğu fәsadlar, SSRİ Proku- rorluğunun Özb.-da hәlә 1983 ildәn başladığı qondarma vә uzunmüddәtli istintaq prosesi Moskvaya qarşı olan narazılıqları daha da artırdı. 1988 il dekabrın 4-dә Daşkәnddә “Ruslarsız Özbәkistan”, “Rәdd olsun ruslar!” şüarları ilә mitinq keçirildi. Hadisәlәr getdikcә idarәolunmaz mәcraya yönәldi. 1989 il aprelin 23-dә Daşkәnddә tәlәbә şәhәrciyindә 1000 nәfәrdәn çox tәlәbәnin çıxışı oldu.
Hadisәlәrin qarşısını almaq mәqsәdilә SSRİ DTK-sı mәkrli planını işә saldı: antirus şüarlara “ustalıqla” dini ekstremizm donu geyindirdi vә bütün narazılıqlar Mәhsәti türklәrә qarşı çevrildi. May ayının 23–24- dә Fәrqanә vil.-ndәki kiçik Kuvasay ş.-ndә yerli әhali ilә türk icması arasında ilk qarşıdurma baş verdi. 1000-dәn çox adamın iştirak etdiyi qarşıdurmada odlu vә soyuq silahdan, kustar üsulla düzәldilmiş partlayıcı maddәlәrdәn, metal armaturlardan, daşdan istifadә olundu, türklәrin evlәrinә vә şәxsi mülkiyyәtlәrinә xeyli ziyan dәydi. İğtişaş nәticәsindә 58 nәfәr xәsarәt aldı, 1 nәfәr öldürüldü.
İyunun 3-dә Taşlak qәs.-ndә zorakılığa mәruz qalan Mәshәti türklәrinin evlәri yandırıldı. Hәmin gün axşam Mәrgilanda da 300–400 nәfәrdәn ibarәt kütlә Mәshәti türklәrinә basqın etdi, evlәrini qarәt edib yandırdı. İyunun 3-dәn 4-nә keçәn gecә Fәrqanә vil.-nә daxili qoşun hissәllәri yeridilsә dә, iyunun 4-dә sәhәr Fәrqanәdә, Mәrgilanda vә Taşlakda yenidәn qırğınlar başladı, hadisәlәr Mәshәti türklәrinin yaşadıqları Fәrqanә vil.-nin digәr mәntәqәlәrindә dә baş verdi. Fәrqanәdә, Mәrgilanda vә Taşlakda kütlәlәr RPK vә RDİŞ binalarını tutmuş, milis әmәkdaşlarını yaralamış, 1 nәfәri öldürmüşdülәr. İyunun 4-dә Özb. SSR Ali Sovetinin Rәyasәt Heyәti Fәrqanә vil.-nin bir sıra rayonunda komendant saatının tәtbiqinә dair fәrman versә dә, vil.-dә iğtişaşlar iyunun 11-dәk davam etdi. Fәrqanә vil.-ndә komendant saatı rejimi 1989 ilin sonunadәk saxlanıldı. F.h. zamanı 112 nәfәr öldürüldü (onlardan 52-i Mәshәti türkü, 36-sı özbәk, 12 nәfәr azәrb. idi), 1011 nәfәr yaralandı, 1991 ildә 100-ә yaxın adam mühakimә edildi, 2 nәfәr ölüm cәzasına mәhkum olundu.
1989 ilin iyununda tәqr. 100 min Mәshәti türkü Özb.-dan Qırğ.-a, Tac.-a, Qazax.-a, Azәrb.-a, Ukraynaya vә Rusiyanın Krasnodar diyarına, bәzilәri isә ABŞ-a köçmәk mәcburiyyәtindә qaldı. Azәrb.-a köçәn 40 mindәn çox Mәshәti türkü resp.-nın Sabir- abad, Beylәqan, Xaçmaz, Quba, Qazax, Şamaxı, Abşeron vә s. rayonlarında mәskunlaşdı.