FƏRMAN – bir sıra ölkәdә dövlәt başçısının (prezident vә ya monarx) verdiyi normativ vә ya fәrdi hüquqi aktın adı. Azәrb. Resp.-nın Konstitusiyasına görә ölkәdә F. vermәk sәlahiyyәti Azәrb. Resp.-nın Prezidentinә mәxsusdur. Bәzi ölkәlәrdә analoji aktlar “dekret”, “dekret-qanun”, “ordonans” vә s. dә adlanır.