FƏRRAŞ –Azәrb. Resp. Laçın r-nunda kәnd. Fәrraş ә.d.-nin (Fәrraş, Nurәddin kәndlәri daxildir) mәrkәzi. R-n mәrkәzindәn 20 km şm.-da, Fәrraş çayı sahilindә, dağlıq әrazidәdir. Əh. 308 (2018); işğaldan (1992, may) әvvәl heyvandarlıq vә arıçılıqla mәşğul olmuşdur. Kənddə tam orta məktəb, uşaq bağçası, kitabxana, klub və tibb məntəqəsi var idi.